Язык:
Русский
Gəyirmənin səbəbləri
23 июня 2018 27462Gəyirmək nə qədər normal sayılsa da bəzən normal səviyyədən daha çox baş verdiyi hallar da yaşanır. Bu kimi problemlər həzm sistemində yaranan problemlərin əlaməti ola bilər.
Yüngül udma çətinliyindən mədə xərçənginə kimi bəzi xəstəliklərin əlaməti ola bilər.
Hava udma – Sürətli yemək yemək, qazlı içkilər içmək hava udulması ilə nəticələnə bilər. Bu da gəyirmə yarada bilər.
Mənfi qidalanma vərdişləri də buna yol aça bilər. Asidik qidalar ya da şokoladlar kimi qidalar bu növ problemlərə yol aça bilər. Yağlı qidalar da həzm problemlərinə yol aça bilər.
Gəyirmənin digər problemlərindən biri də həssas bağırsaq sindromudur. Şişkinlik, ishal, mütəmadi gəyirmək, həddindən çox qazın yaranması və ağrılar xəstəliyin əlaməti ola bilər.
Gastroparez mədə əzələləri zəiflədiyi təqdirdə həzm üçün qidaların bağırsağa doğru itələnməsi kimi vəziyyət ortaya çıxır. Bu səbəblə qidaların mədədə normaldan daha çox qalması səbəbiylə gəyirmə, qaz yaranması, qusma, mədə bulantısı ortaya çıxa bilər.
Hamiləlik müddətində də tez-tez rastlanılan gəyirmənin səbəbi progestron hormonunun həddindən çox istehsalı və əzələlərin rahatlanması ilə həzmin yavaşlanmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1