Язык:
Русский
Ağrıkəsici dərmanlar xərçəngdən daha çox öldürür
23 февраля 2018 14583Əksər insan orqanizmdə ağrılar baş verən zaman ilk müraciət etdiyi ağrıkəsici dərmanlardır. Dərman preparatlarının yüksək miqdarda istifadəsi daha çox can alır.
Bu barədə ABŞ Xəstəliyə Nəzarət və Qarşısını Almaq mərkəzlərinin bir bölməsi olan Statistika Mərkəzi məlumat verib. Verilən xəbərə görə, 2016-cı ildə 63.600-dan artıq insan məhz bu səbəbdən həyatını itirib.
Belə dərmanlarının əksər hissəsini tərkibi eroin və bənzər maddələr olan ağrıkəsicilər təşkil edir.
42.249 insan isə məhz narkotika səbəbindən ölüb.
Müəyyən qism dərmanların isə xaş-xaşdan hazırlanan preparatlar olduğu sübut edilib.
2014-cü ildən bu yana artıq miqdarda dərman qəbulundan ölüm faktları çoxalıb.
100-dən 23-ü isə reseptlə satılan dərmanlar təşkil edir. Bu, baş verən ölümlərin dörddə birini təşkil edir.
Nəzərinizə çatdıraq ki, belə dərmanlardan isə ən çox istifadə edən yaş qrupunun 25-54 olduğu açıqlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1