Язык:
Русский
Gündəlik həyatınızda əlinizdən tutacaq məhsullar
11 июля 2018 8114Sağlamlıq üçün vacib olan bəzi məhsullar gündəlik həyatınızda da əlinizdən tutaraq digər işlərdə sizə köməklik edə bilər.
CD və DVD üzərindəki cızıqları banan ilə düzəldə bilərsiniz.
Ağcaqanadlardan şikayətçisinizsə kasanın içərisinə yuyucu toz və sirkəni tökərək həşəratlardan uzaq dura bilərsiniz.
Kərə yağını müəyyən ölçüdə əritmək istəyirsiniz. Bunun üçün bir stəkanın içərisinə isti su doldurun daha sonra suyu boşaldıb stəkanı tərs çevirin və içinə kərə yağını qoyub gözləyin.
Ev təmizliyi zamanı soda və sirkədən rahatlıqla istifadə edə bilərsiniz.
Pərdəni yuyan zaman solmuş ağlığını yerinə gətirmək üçün yumurta qabıqlarından istifadə edə bilərsiniz. Bunun üçün ilk olaraq pərdəni iri vedrədə suda saxlayaraq kirliliyini atmalısınız.
Daha sonra suyunu yeniləyin və yumurta qabıqlarını bir torbaya qoyun bağlayın. Ağzı bağlanmış torbanı isə suyun içinə qoyaraq saxlayın.
Yumurta qabıqları bəyazlığı geri gətirəcək.
Divanlarınızı yumaq istəyirsinizsə bunu sodalı su ilə edə bilərsiniz. Soda ləkələrin aparılmasında köməkçi olacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1