Язык:
Русский
Göbələk xəstəliyi nədən yaranır?
26 июня 2018 13588Ayaq göbələyi insanda görülə bilən dəri problemidir. Göbələklər qaranlıq yerlərdə, nəmi sevərək yaranan mikroorqanizmlərdir. Bu səbəbdən ayaqqabının içi göbələyin yaranması üçün əlverişli ortamdır.
Hamamlar, plajlar, idman zalları kimi ortaq istifadə zalları göbələyin yaranma riskini artırır. Göbələklər qızarıqlıq, kəpək, yara yarada bilər. Bəzilərində isə qaşıntı və yanmaya səbəb olur.
Yoluxucu xəstəlikdir.Bu səbəbdən müalicəsi gecikdirməməli və ətrafa yoluxdurulmamalıdır. Ayaq təmiz və quru saxlanılmalıdır.
Xüsusilə qışda geyinilən uzun çəkmələr bakteriya üçün münbit şərait yaradır. Yaz-yay fəsillərində isə ayaqqabılara antifungal pudraların səpilməsi, göbələk yaranmasının qarşısını alacaq.
Diabet xəstələrinin,immuniteti zəif olanların göbələk xəstəliyinə yoluxma riski daha yüksəkdir. Belə insanların daha diqqətli olması mühümdür.
Qadınların getdiyi gözəllik salonlarında isə gigiyenaya xüsusi diqqət göstərmək lazımdır. Ayaq dırnaqları çox qısa kəsilməməlidir. Əti örtən formada, düz şəkildə kəsilməlidir. Göbələk xəstəliyinin müalicəsində dərmanlar və kremlərdən istifadə edilir.
Müalicəsi həkim tərəfindən edilməli və gecikdirilməməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1