Язык:
Русский
Diz ağrılarını azaldan üsullar
21 марта 2020 10754
Bir çox insan gün ərzində diz ağrısına evdə çarə ola biləcə üsullar axtarışındadır. Qısamüddətli diz ağrıları üçün həkimə getməyə ehtiyac yoxdur və ev üsulu çarələr müəyyən qədər də olsa fayda verə bilər.
Bəs diz ağrıları daha çox nə üçün baş verir?
İnsanların gündəlik həyatında etdikləri bəzi yanlış hərəkətlərdən və ya səbəblərdən ötrü diz ağrısı yaşaya bilərlər. Bununla yanaşı bir çox pataloji səbəblər də həmin ağrılara yol aça bilər.
İdman, diz ağrısının ən çox yayılmış səbəblərindən biri olan osteartrit inkişafını gecikdirə bilər.
Fiziki aktivlik insanda qığırdaq toxumasının sağlamlığını artırır. Həmçinin hərəkət vücudun oynaqlarını gücləndirir. Ayaq əzələlərinin güclənməsi xüsusilə dizlər üçün faydalıdır.
Oynaq ağrısı olan insanlar, dizlərə çox az yük yüklədikləri üçün su ayrobikası kimi hərəkətlərdən yararlana bilərlər.
Bəs oynaq əzələlərini necə gücləndirmək olar?
Əzələlərin gücləndirilməsinin üsullarını təqdim edirik:
Yatan və ya oturan zaman ayağınızı düzəldin və qaldırın.
Bir stula əyləşin və bir dəqiqə ərzində təkrar-təkrar olaraq oturun. Bunu yavaş və nəzarətli şəkildə edin. Dəstək üçün əllərinizdən istifadə edə bilərsiniz.
Bəs diz ağrısı üçün nə faydalıdır?
Diz ağrısını ən aza endirmək üçün bunları etmək tövsiyə edilir:
Oturan zaman içinə batdığınız alçaq stullara əyləşməkdən qaçının.
Çox hündür ayaqqabılardan istifadə etməyin. Çünki dizlərdə yeyilməyə səbəb ola bilər.
Oynaqlar hərəkətsiz sərtləşə bilər. Ağrılı hala gələ biləcəyindən uzunmüddətli oturmaqdan və hərəkətsizlikdən qaçının.
Həddindən çox çəki və piylənməsi olan insanlarda diz ağrısı riski daha yüksəkdir.
Vücuda çox yükləndiyi zaman ağırlıq vücuddakı iltihabı artırır ki bu da dizlərə təsir göstərir.
İsti və soyuq kompres, belin alt qismindəki ağrının müalicəsində effektli ola bilər və artritin səbəb olduğu oynaq ağrılarının yüngülləşməsinə səbəb yarada bilər.
İsti əzələləri genişlədir, sərtlikdə azalmağa yol açar. Bunun üçün isti su və ya isti əskidən istifadə edə bilərsiniz. Bir bezin içərisinə qoyduğunuz buz, ağrını, iltihabı və şişliyi azalda bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1