Язык:
Русский
Diş ağrısnın səbəbləri
06 июня 2020 12637Diş ağrısı hər insanın üzləşdiyi problemdir. Adətən gözlənilməyən zaman ortaya çıxar.
Dişlər hansı səbəblərdən ağrıyır?
Diş çürükləri
Dişlərdəki sümük itkisi
Diş ətindəki iltihablar
Yanlış qoyulan plomblar, protezlər
Diş qıcırdatma zamanı
Kanal müalicəsi
Qadınlarda menstruasiya zamanı
Diş fırçalayan zaman yaranan ağrıların səbəbləri nədir?
Diş fırçalayan zaman soyuq sudan istifadə edirsə dişlərdə 5 saniyəlik ağrılar yarana bilər. Bu təbiidir. Problemli dişlər isə 30-60 saniyə ərzində sızıldayır.
Diş fırçalayarkən ağrı, diş ətlərində yanma, diş əti qanaxması varsa bu, diş ətindəki problemin əlamətidir. Bu səbəbdən diş daşı təmizliyi gərəklidir.
Diş problemləri hansı vəziyyətlərdə çənə ağrısına səbəb olur?
20-li yaş dişləri,
Sümük itkisi.
Çənə sümüyündə itki yaranıbsa, diş dəstəyi yoxdursa bu, çənənin daxilindən gələn bir ağrı kimi hiss edilə bilər.
Diş ağrısının formasından nə üçün ağrıdığını anlamaq mümkündür?
Əgər dişlərdə soyuq həssaslıq varsa, səbəbi yeni başlamış çürük və ya dişin yuxarı nahiyəsindəki çatlaq,qırılma və s. ola bilər.
İsti həssaslıq varsa, bu, dişin sinirlərində iltihablanmanın yaranmasının əlaməti ola bilər.
Çiynəyən zaman ağrı ortaya çıxarsa bu böyük ehtimal dişlərin arasındakı fizioloji boşluq səbəbiylədir. Belə ki, ora daxil olan yemək əlavələri diş ətinə təsir edərək ağrıya səbəb ola bilər.
Diş, sümük dəstəyini itiribsə, bu da ağrı yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1