Язык:
Русский
Dəri problemlərinə səbəb olan qidalar
07 июля 2018 7302Dəri problemlərinin yaranmasında təsirli olan faktorlar arasında qidalanma vərdişləri ilk sıralarda yer alır. Vərdişləriniz arasında edə biləcəyiniz dəyişikliklər sayəsində dəri problemlərindən xilas ola bilərsiniz.
Aşağı kalorili çubuq və çörək – Aşağı kalorili qidalar qan səviyyəsini anidən qaldırır və ani dəyişikliklər dərinin erkən qırışmasına yol aça bilər. Bu vəziyyət dərinin quru olmasına səbəb olur. Pəhriz məhsullarının böyük bir qismi sadəcə aldadıcı effektə sahibdir. Bu məhsullar əvəzinə gerçək qidalar yeməyiniz daha təsirli olacaqdır.
Şirniyyatlar və dadlandırıcılar alın hissədə və dəridə qırışıqlara səbəb olur.
Dəridə olan qızarıqlığa inək südü və digər süd məhsulları yol aça bilər.
Əvvəllər bu problemlə qarşılaşmamısınızsa bunun səbəbi allerjik ola bilər. Bunun üçün süd məhsullarından istifadəni azaldın və yod baxımından zəngin olan qidalar qəbul edin.
Göz qapaqları və burunda yaranan damarların səbəbi ədviyyatlı qidalar ola bilər. Çünki belə yeməklər vücudda qan dövranını sürətləndirir. Bununla yanaşı maddələr mübadiləsini və vücud istiliyini artırır. Bunun üçün yuxu rejiminizi dəyişməlisiniz və yaxud pəhrizi dəyişməlisiniz.
Çirkli dərinin səbəbi meyvə sularıdır. Meyvə və tərəvəzlərdə yer alan lifin dərini təmizləmə kimi vəzifəsi var. Meyvənin suyu sıxıldığında lif tərkibi azalma ola bilər. Bu da dərinin təmizləmə xüsusiyyəti azala bilər. Bunun üçün liflə zəngin qidalar yeyin.
Üzdəki şişliklərin səbəbi isə proteindir. Çox protein tərkibli qidaları yemək maddələr mübadiləsinin sürətini yavaşladır və hormonun yaranmasını aşağı salır. Bunun üçün xiyar, avokado, brokoli kimi qidalar yeməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1