Язык:
Русский
Dırnaqlarınız qırılırsa bu probleminiz ola bilər
21 апреля 2018 9487Türkiyəli diyetoloq Pınar Kural Enç vitamin əksikliyi və istənilməyən nəticələrlə bağlı məlumat verib.
Belə ki tez-tez qırılan dırnaqlar bədəndə olan vitamin əksikliyinin göstəricisidir.
A vitamin əksikliyi zamanı görmə pozuntuları, sümük və dişlərdə problemlər, dəridə quruluq, saç və dırnaqlarda qırılmalar, halsızlıq və infeksiyalara qarşı dayanıqsızlıq müşahidə edilə bilər. A vitamin sağlam dəri və sümük quruluşu üçün mühümdür. Antioksidan olaraq fəaliyyət göstərən hüceyrələr xərçəngə və digər xəstəliklərə qarşı qoruyur, qocalmağı gecikdirir.
A vitamin yaşıl tərəvəzlər, pomidor, taxıllar, bitki yağları, kök və balda mövcuddur. Əksikliyini bu bitkərdən istifadə edərək təmin edə bilərsiniz. Gündəlik A vitamin ehtiyacı kişilərdə 1000, qadınlarda 800 mq qədərdir. Hamiləlik zamanı gündəlik 1000 mq, əmizdirən anaların isə 1200 mq qədər A vitamininə ehtiyacı vardır.
B 2 vitamini də insan orqanizmi üçün mühümdür. Əksikliyində ağız kənarında yaralar, dildə, göz kənarında qızarıqlıq, burun kənarında quruma, qansızlıq kimi problemlər müşahidə edilə bilər.
Həddindən çox spirtli içkidən istifadə vücuddakı B2 vitaminini azaldır. Antibiotiklər, rahatlaşdırıcı dərmanlar vücuddakı B2 vitaminini azaldır. Bu vitamin süd, pendir, qatıq, qarğıdalı, yumurtanın tərkibində mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1