Язык:
Русский
Burun əməliyyatından sonra nələrə diqqət edilməlidir?
09 апреля 2018 17484Burun əməliyyatı etdirənlər mütləq şəkildə prosedurdan sonra da diqqətli olmalıdır. Əks halda bəzi dəyişmələr, istənilməyən uğursuzluqlar baş verə bilər.
Türkiyəli mütəxəssis Ebru Topuz burun əməliyyatından sonra diqqət edilməli olan məqamlar barədə danışıb.
Bu prosedurun hər mərhələsinə diqqətlə yanaşmaq lazımdır.
Burun əməliyyatından sonra istifadə ediləcək dərmanlara ciddi yanaşılmalıdır.
Qanaxma, şişlik, axıntının müalicə edilməsi baxımından bir sıra dərmanlardan istifadə edilə bilər... Bununl yanaşı qidalanma da əsas şərtdir. Belə ki, sulu qidaların yeyilməsi burun nahiyyəsinin sabit qalması baxımından faydalıdır. Burun bölgəsində olan sarğılar mütəmadi olaraq dəyişdirilməlidir. Həmin yer təmiz və quru qalmalıdır. Hansısa axıntı meydana gələrsə mütləq şəkildə həkimə müraciət edilməlidir.
Burun əməliyyatı olduqca həssas və vacib cərrahi müdaxilədir. Burunun özünün son halını alması xəstə üçün təxminən 1 il ərzində olur. Ağır işlərdə çalışmamalıdır. Bu barədə həkimlər xəstələrinə xəbərdarlıq edirlər.
Yatan zaman üz üstə durmaq olmaz. Həddindən çox əyilmə və aşağı baxma kimi pozisiyalar seçilməli deyil.
Eynək geyinən insanların ilk 3 ərzində bundan istifadə etməməkləri əvəzinə linza taxmaqları tövsiyə edilir.
Günəş şüalarının mənfi təsirindən qorunmaq lazımdır. Bu səbəbdən adətən belə əməliyyatları üçün qış ayı seçilir.
Ağır idman hərəkətlərindən, əşyaları qaldırmaqdan qaçınmaq lazımdır. Burun nahiyəsinə gələ biləcək zərbə və travmadan qorumaq lazımdır.
Əgər tampon taxılıbsa mütləq şəkildə həkim çıxartmalıdır. Həkim müayinələri əksiksiz formada edilməlidir. Çünki burun nahiyyəsində gedən inkişaf izlənməlidir.
Üz yuma, diş fırçalama prosesləri yüngül formada edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1