Язык:
Русский
Necə düşünürsünüz, ofisinizdəki tualet çirklidir? Yaxşı fikirləşin. Əslində, ofis mətbəxindəki çay paketləri üzərindəki bakteriyaların sayı tualetdəkindən daha çoxdur. Alimlər müəyyənləşdiriblər ki, çay paketlərinin üzərindəki və daxilindəki mikrobların sayı unitazın üzərindəki mikroblardan 17 dəfə çoxdur.
Alimlər bir neçə ofisdəki mətbəx əşyalarının bakterial göstəricilərini təhlil ediblər. Məlum olub ki, çay paketi üzərində insan orqanizmi üçün təhlükəli olan bakteriyaların sayı 3785, unutaz üzərində isə cəmi 220-dir. O da aşkara çıxıb ki, ofisdəki digər əşyaların da üzərində çoxlu bakteriyalar var: çaydanların tutacaqları üzərində 2400-dən çox, fincanın tutacağında 1746, soyuducunun tutacağında isə 1592 bakteriyta aşkar olunub.
Ekspertlər hesab edirlər ki, bu cür dəhşətli nəticələr ondan irəli gəlir ki, ofis işçiləri çay paketlərini götürməzdən əvvəl əllərini nadir hallarda yuyurlar, ona görə də onları üzərində çoxlu miqdarda mikroorqanizmlər qalır.
1000 nəfər ofis işçisi arasında aparılan anonim sorğudan sonra məlum olub ki, onların 80%-i özlərinə və ya həmkarlarına çay hazırlamazdan əvvəl əllərini yumaq barədə düşünmürlər belə. Alimlər apardıqları araşdırmalardan sonra tövsiyyə ediblər ki, əlləri təkcə tualetdən sonra deyil, mətbəx əşyalarından istifadə etməzdən əvvəl də yumaq lazımdır.
Bundan başqa, vacibdir ki, ofis işçiləri daha çox istifadə etdikləri əşyaları imkan daxilində tez-tez antibakterial salfetlə silsinlər. Bunu xüsusilə ofis mətbəxlərində mövsümi epidemiyalar baş qaldıran zaman etmək lazımdır.
Xatırladaq ki, çay paketləri gündəlik həyatda yeganə bakterial təhlükə mənbəyi deyil. Digər infeksiya yayan əşya mobil telefonlarınızdır. Alimlərin verdiyi statistika göstərir ki, telefonun korpusu və ekranında fekali, tüpürcək və sidik hissəciklərindən başqa, bir çox başqa təhlükəli mikroorqanizmlər tapmaq olar. Ona görə də qadjetinizi antibakterial maddələrlə dizinfeksiya etməyi unutmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1