Язык:
Русский
Bu üsullarla qocalmağı gecikdirin
25 июля 2018 7013Gün ərzində xarici təsirlərə məruz qalmaq dərinin qocalmasını sürətləndirir. Sağlam dəri üçün gündüz və gecə kremindən mütləq şəkildə istifadə edilməlidir. Günə parlaq bir dəri ilə başlamaq istəyirsinizsə gecə qulluqlarınıza yenidən başlaya bilərsiniz.
Makiyaj, dərinin nəfəs almasına mane olur. Həmçinin qara nöqtələrin yaranma riskini artıra bilər.
Gecə yatmazdan öncə dərinizi təmizləyin. Yağlı sabunlar seçərək dəri təmizliyinizi tamamlaya bilərsiniz.
Təmizlik sızanaqların yaranmasının qarşısını almaqda kömək edir. Dərini tozdan və kirdən qorumaqla qocalmağını gecikdirə bilərsiniz.
Göz kremindən istifadə edərək göz altında yaranan tünd rəngli halqalardan xilas ola bilərsiniz.
Göz ətrafı incə quruluşa sahibdir. Nəmli saxlamağa diqqətlə yanaşmalısınız.
Göz kremi göz ətrafını nəmləndirir, qırışıqlığın qarşısını alır.
Yastıq üzlərini mütəmadi olaraq dəyişdirin. Çünki yastıq üzləri tozu və kiri üzərində daşıyır. Həftədə bir və ya iki dəfə dəyişdirməklə bundan xilas ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1