Язык:
Русский
Hər gün içilən qəhvənin sağlamlığa möcüzəvi faydaları
03 марта 2018 13489Qəhvənin sağlığa bir neçə önəmli təsiri mövcuddur. Türkiyəli dietoloq İşınsu Köksal mineral və vitaminlə zəngin qəhvənin, doğru miqdarda istifadə edildiyi müddətcə çox faydalıdır. Qəhvə tropik iqlimdə yetişən ağacın çəyirdəklərindən əldə edilir.
Xəstəlik qalxanı: 2-ci tip diabet, Alzheimer, Parkinson, Demans kimi sinir sistemi xəstəlikləri və serroz kimi qaraciyər xəstəliklərinə, həmçinin qaraciyər xərçənglərinə qarşı qoruyucu rol oynadığı təcrübələrlə təsdiqlənib.
Enerjini təmin edir: Qəhvənin içindəki kafein, qan dövranından beyinə keçərək enerjini təmin edir.
İdmandan yarım saat öncə içilməli: Xüsusilə bir fincan qəhvənin, idmandan və ya massajdan yarım saat öncə istifadəsi, yağ hüceyrələrinin əridilməsini sürətləndirdiyi kimi idman ərəfəsində də gücü artırır. Həmçinin əzələ inkişafına yardım edir.
Vitamin və minerallarla zəngindir: Qəhvə, B vitamin, maqnezium, potassium kimi bir çox vitamin və minerallarla zəngindir.
Depressiya düşmənidir: Depressiyanı azaldır.
Gündəlik 3 fincanı keçməyən qəhvə, yetərli qidalanma ilə diabet, xərçəng kimi xəstəliklərə yoluxmaq riski azaldaraq yaşayış müddətini uzada bilər.
Nəzərinizə çatdıraq ki, gündəlik 3-4 fincan qəhvə kifayətdir. Tox qarnına içmək isə daha məsləhətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1