Язык:
Русский
Boğulan insana ilkin yardımı belə edin
24 августа 2018 6673Suda boğulma halları zamanı həyat qurtaran bəzi hərəkətlər var.
Həmin məqamları təqdim edirik:
Bunun üçün ilkin yardımı yaxşı bilmək və doğru tətbiq etmək lazımdır.
İlk mərhələdə boğulma təhlükəsi yaşayan insana qoruyucu şar kimi suda batmaz vasitələr atın. Digər bütün müdaxilələr xilas olunduqdan sonra edilə bilər. Müdaxilə zamanı professional insanların hadisə yerinə gəlməsi vacibdir.
Suda boğulma təhlükəsi keçirən şəxsi quruya çıxararaq bel üstündə yatızdırın. Nəfəs alıb-verdiyini, nəbzini yoxlayın.
Əgər həmin şəxs geyiniklidirsə, onu sıxan paltarlardan xilas edin. Taxma dişi varsa çıxarın. Sulu paltarlarını çıxararaq məhrəbaya bükün.
Udulan suyun çıxarılması üçün iki əliniz ilə xəstənin qarnının altından tutaraq yuxarı qaldırın. Bu şəkildə hava yolundakı suların boşalmasına kömək edin.
Əgər zehni bağlı, nəfəs vermirsə həkim gələnə qədər şəxsi bel üzərində uzandırın və ürək massajı etdirin.
Ürək massajı dəqiqədə ən az 100 dəfə edilməlidir. Yanınızda yardım edən yoxdursa hər 30 ürək massajından sonra 2 dəfə ağızdan nəfəs verilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1