Язык:
Русский
Boğaz ağrıları zamanı bu üsullardan istifadə edin
18 августа 2018 11184Boğaz ağrıları zamanı bir çox insan antibiotikdən istifadəyə üz tutur. Ancaq ilk olaraq xalq təbabəti üsullarına müraciət etmək lazımdır.
Südün yaralar və iltihablar üzərində təsiri effektlidir. Zərdəçal isə təbii antibiotikdir. Antiseptik xüsusiyyəti olan zərdəçal, süd və qarabibər qarışımı iltihab ağrılarını dayandırmağa kömək edə bilər.
Ən təbii antibakterial qida isə baldır. Bal, ağrıları azaldır və iltihaba maneə olur. Qısa müddətdə effektini göstərir. Bir stəkan ilıq suyun içərisinə bir şirniyyat qaşığı balı əlavə edin və qarışdırın. Ac qarnına bu suyu için. Gün ərzində 3 dəfə təkrarlaya bilərsiniz.
Qara turp – Öskürək üçün dərman əvəzi kimi istifadə edə bilərsiniz. Bu vasitəsilə boğaz infeksiyasını azalda bilərsiniz.
Təbii vasitələrdən biri alma sirkəsidir. İki stəkan ilıq suya 3 xörək qaşığı alma sirkəsini əlavə edin. Bu suyu isə birdəfəyə içməyiniz tövsiyə edilir.
Sarımsaq isə ən təbii antibiotikdir. Boğaz ağrılarına qarşı effektlidir. Bir stəkan suyun içərisinə 3 diş sarımsaq atın və 10 dəqiqə qədər qaynadın. Qaynayan suyun içərisinə bir çimdik qarabibər əlavə edin və bu suyu için
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1