Язык:
Русский
Beldəki ləkələrdən necə xilas olmaq olar? – Təbii üsullar
23 апреля 2018 10061Beldəki ləkələrdən qurtularaq yaz fəslinə yeni başlanğıc edə bilərsiniz. Kürək hissəsindəki ləkələri müalicə edə bilmək üçün təbii üsullar seçə bilərsiniz.
İlk olaraq qeyd edək ki, belinizdə sızanaq, qara nöqtələr varsa yaz aylarında bud aha da arta bilər. Gözəllik cəhətdən də yaxşı görüntü yaranmır. Ləkələrin müalicəsi üçün ilk olaraq dermatoloqa müraciət etməlisiniz. Təbii maskalar da buna müəyyən qədər kömək edə bilər.
Antiseptik xüsusiyyəti olan soda ilə sızanaqlarınızdan xilas olmağınız mümkündür. Əksər insanın dişlərini ağartması üçün seçdiyi sodanın digər xüsusiyyəti də sızanaqları müalicə etməkdir. Bunun üçün bir yemək qaşığı soda ilə suyu qarışdırın, içərisinə bir az dəniz duzu əlavə edin . Daha sonra ləkələrin olduğu nahiyəyə tətbiq edin. Yarım saat gözlədin sonra durulayın. Bunu tez-tez təkrarlayaraq beldəki ləkələrdən xilas ola bilərsiniz.
Limon suyu da belə üsullardan biridir. İnsan sağlamlığı üçün bir çox təsiri özündə birləşdirir. Bunun üçün pambığa müəyyən miqdarda limon suyu sıxın və pambığı beldəki ləkə olan nahiyənin üzərinə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra təmiz su ilə yuya bilərsiniz.
Kartofun faydaları sırasında ləkələri yox etməsi xüsusiyyəti də var. İstər belinizdə, istərsə də dərinizin başqa bölgəsində yer alan sızanaqları kartof ilə təmizləməyiniz mümkündür. Bunun üçün öncə püre halına gətirin, ləkələrin üzərinə tətbiq edin və 10 dəqiqə saxlayın. Ən təsirli nəticə üçün isə gündə iki dəfə tətbiq edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1