Язык:
Русский
Badam südü necə hazırlanır?
26 июня 2018 14567Badam istehsalı son zamanlar artıb. Təxminən 60-dan çox növü var.Badamın meyvələri qabıqların içində qalan qismidir.
Badamdan əldə edilən badam südünün tərkibində laktoz yoxdur və potasium, kalsium kimi minerallar, antioksidan cəhətdən olduqca zəngindir. İçində doymuş ya da xolestrini artıracaq yağlar olmadığından inək südünü də əvəz edən alternativdir. Həmçinin bol vitamin ilə zəngindir. Badam südündən inək südünün istifadə edildiyi hər yerdə tətbiq etmək mümkündür.
Pəhrizin dostudur – aşağı kaloridir. Yağ və şəkər sovrulmasına yardım edir. Gündəlik karbonhidrat istehsalını azaltmaq üçün də təsirlidir. Bu səbəbdən pəhriz zamanı istifadə edilə bilər.
Həzmi də asandır – Bağırsaq problemi yaşayanlar badam südü istifadə edərək azalda bilər. Tərkibindəki liflər bağırsaq divarlarını qoruyur.
Kalsium cəhətdən zəngindir. Dİş və sümükləri gücləndirir. Xüsusilə qadınlarda klimaks zamanı effektlidir. 65 yaşdan yuxarı insanlarda bir sıra sümük xəstəlikləri zamanı maddələr mübadiləsini qoruyur.
Ürək sağlamlığını qoruyur. Xüsusilə tez-tez xəstələnənlər üçün təbii qidadır. İmmunitet sisteminizi qoruyur.
Tərkibindəki B2 vitamini saçların və dırnaqların güclənməsini təmin edir.A vitamini göz sağlamlığını qoruyur. Tərkibindəki E vitamini isə dəri üçün faydalıdır.
Badam südü hazırlamaq üçün bir stəkan çiy badam 10 saat ərzində üç stəkan suda gözlədilir.
Yumşaldığı zaman isə badam suyu süzülür. Yenidən üzərinə 3 stəkab su əlavə edərək blenderə qoyulur.
Badamlar qırılana qədər 10 dəqiqə ərzində çəkilir. Əldə edilən qarışım daha sonra tənziflə süzülür.
Daha sonra üzərinə bal və ya şəkər tozu əlavə edilərək yeyilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1