Язык:
Русский
“Baş ağrıları intahara gətirib çıxara bilər”
18 января 2018 21993Həkim Tap-ın budəfəki müsahibi tanınmış nevroloq Sevinc Həmidovadır.
– Nevrologiya çox geniş sahədir və burada bir sıra xəstəliklər mövcuddur – iltihabi xəstəliklər, müxtəlif sindromlar, baş ağrı simptomları, degenerativ xəstəliklər və s. Lakin bizə ən çox baş və bel ağrıları, qıcolma tutmaları ilə bağlı müraciət edirlər.
– Baş ağrıları çox geniş yayılıb. Bunun da səbəbi odur ki, baş beyin çox həssas bir orqandır. Beyinin özündə ağrı reseptorları yoxdur. Ağrılar onun qişasındakı reseptorlar hesabına yaranır. Birincili və ikincili baş ağrıları olur. Bizə daha çox birincili baş ağrıları ilə müraciət edirlər. Belə pasiyentlər müəyyən müayinələrdən keçirlər, analizlər verirlər, MRT-dən keçirlər və s. Heç bir patologiya müəyyən edilmir. Birincili baş ağrılarından ən çox tanınanları miqren baş ağrıları, gərginlik baş ağrıları və klaster baş ağrılarıdır.
Miqren baş ağrılarının simptomları – birtərəfli baş ağrıları - ən çox qadınlarda rast gəlinir, ürəkbulanma və qusma şikayətləri, fotofobiya – işıqdan qorxma, işığa həssaslıq, fonofobiya – səsə həssaslıq. Bu pasiyentlər üçün həyat tərzi çox önəmlidir. Əgər onlar düzgün həyat tərzi sürərlərsə, düzgün qidalanarlarsa, yuxu rejimi qaydasında olarsa, simptomları aradan qaldırmaq daha asan olar.
– Vaxtlı-vaxtında qidalanmağı və normal yatmağı.
Orqanizmi müəyyən saatlarda qida qəbuluna alışdırmaq lazımdır. Orqanizm saat kimi dəqiq işləyən bir sistemdir. Tutaq ki, hər səhər saat 8-də qidalanmağa vərdiş etmişik. Bu zaman hər səhər saat 8-də orqanizm özünü qida qəbul etməyə hazırlayır. By eləcə də günorta və axşam yeməyinə də aiddir.
Qidanın keyfiyyəti də çox böyük rol oynayır. Əsasən də miqren xəstələrində. Çünki müəyyən maddələr var ki, miqren ağrılarını provakasiya edir. Tiramin adlanan maddə var, tərkibində bu maddə olan qidaları qəbul etmək tövsiyə olunmur. Bunlara şokolad, kofe, qazlı sular, yumurta, pomidor, pendirin bəzi növlərini aid etmək olar.
Pasiyentlər hansı qidadan sonra başlarının ağrıdığına diqqət yetirməlidirlər. Bəzi pasiyentlər var ki, deyirlər yumurta yedikdən sonra başları ağrıyır. Baxırıq ki, bu, miqren ağrısıdır.
– Ümumiyyətlə, beyində yığılan tullantı maddələrin 97-98%-i gecə təmizlənir. Beyinin təmizlənməsi üçün gecə yuxusu vacibdir və yuxu keyfiyyətli olmalıdır. Bir də görürsən insan vaxtında yuxuya gedir, lakin gecələr tez-tez ayılır. Deməli onda melatonin səviyyəsində problem var. Yuxu fazalarının keyfiyyətində pozğunluq var. Beyində, ümumiyyətlə, limfa sistemi yoxdur. Orqanizm öz tullantı maddələrini limfa sistemilə atır. Amma beyində bu sistem yoxdur. Sual ortaya çıxa bilərki bəs onda beyin nə ilə təmizlənir? Orada qlial hüceyrələr var ki, onlar bu funksiyanı yerinə yetirir. Amma bunların 97-98% faizi təmizləmə işini gecə görür.
– Ümumiyyətlə, birincili baş ağrılarında, yəni miqren, klaster və gərginlik baş ağrısını heç bir müayinə göstərmir. Bunu ətraflı toplanmış anamnez sayəsində müəyyən edirik. Pasiyentdə ağrının lokalizasiyası, ağrı intensevliyi, şiddəti, yanaşı simtomlar, ürək bulanma və qusma, genetik faktor, ağrının davam etmə müddəti və s. simptomlar əsasında müəyyənləşdiririk.
– Klaster ağrıları geniş yayılmayıb və daha çox kişilərdə rast gəlinir. Buna “kişilərin miqreni” də deyirlər. Klaster zamanı göz və gicgah nahiyəsində birtərəfli ağrı müşahidə edilir. Gözdə qızarma, yaşgəlmə, həmin tərəfdə burun tutulması və axması qeydə alınır. Bu ağrılar çox şiddətli olur. Pasiyent ağrıdan özünə yer tapa bilmir. Miqren ağrılarında xəstə qaranlıq otaqda uzanıb sakit vəziyyətdə özünə gələ bilirsə, klaster ağrılarında pasiyent bir yerdə dayana bilmir. Ayaq üstə var-gəl edir ki, ağrı sakitləşsin. Hətta bu ağrılarla intihar edən insanlara da rast gəlinir. Klaster ağrılarına “zəngli saat baş ağrıları” da deyirlər. Pasiyent yuxuya gedir və bir müddət sonra baş ağrısından ayılır.
Gərginlik tipli baş ağrıları əhalinin 90%-ində rast gəlinir. Gündəlik gərginlik və stress baş, boyun əzələlərinin gərginləşməsinə və gərginlik tipli baş ağrılarının yaranmasına şərait yaradır. Onlar çox güclü baş ağrıları deyil. Orta dərəcəli olub, sıxıcı xarakter daşıyır. Pasiyentlər şikayətlənib deyirlər: “ Doktor, elə bil ki, başımı nə ilə isə sıxırlar”. Bu ağrılar günlərlə, həftələrlə davam edə bilir. Məsələn, miqren ağrısı maksimum üç gün çəkirsə, gərginlik baş ağrısı həftələrlə, hətta aylarla davam edə bilər. Bunu araşdırdıqda nevrotik bir hal – nevroz, depressiv vəziyyət, yuxu problemləri və s. üzə çıxır.
– Yeni başlayanda, ağrı kəskin olduqda ağrıkəsicilərdən istifadə etmək olar. Lakin bu ağrıkəsicilər sonradan xəstəlikləri xronikiləşdirir. Çox pasiyentlər ağrılar zamanı aptekdən ağrıkəsici alıb özünümüalicə ilə məşğul olurlar. Bu, qətiyyən yolverilməzdir. Ağrıkəsici həftədə üç dəfədən artıq içilməməlidir. Artıq içildikdə asılılıq başağrısı yarana bilər. Bu zaman müalicə də çətinləşir.
– Miqrenin müalicəsində yeni bir era açılıb – miqren botoksu. Effektivliyi çox yüksəkdir – 70%-dən yuxarıdır. Bu metodu Azərbaycanda ilk tətbiq edən mən olmuşam. Kiçik bir iynə ilə miqren ağrı nöqtələrini izləməklə hər xəstəyə ağrısına müvafiq alın, gicgah, ənsə, boyun nahiyələrinə - 39 nöqtəyə inyeksiya edilir və 6 aydan bir bu, təkrarlanır.
– Bu, pasiyentin istəyindən asılıdır. Əgər istəməzsə, dəyişiklik etmirik. Həm də kosmetik və miqren botoksları fərqlidir. Burada həm doza, həm də tərkib fərqliliyi var. Kosmetik botoksdan miqren üçün istifadə edildikdə böyük fəsadlar – ciddi allergik reaksiyalar, anaflaktik şok, asmatik boğulma tutmaları, halsızlıq ortaya çıxa bilər.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1