Язык:
Русский
Aygün Ağayeva: “Tibb bəzən insan laqeydliyi qarşısında acizdir”
03 августа 2018 7723Qadın – gələcəyin anası... Sağlam qadın sağlam uşaqların, sağlam uşaqlar isə sağlam cəmiyyətin təməlidirlər. Bəs görəsən, xanımlarmız öz sağlamlıqlarına qarşı nə dərəcədə diqqətlidirlər, vaxtlı-vaxtında həkim müayinəsindən keçib, müalicələrinə ciddi yanaşırlarmı? Bütün bunal haqda “Aysmed” klinkasının təcrübəli mama-ginekoloqu Aygün Ağayeva əməkdaşımıza verdiyi müsahibəsində danışıb:
– Təəssüflə qeyd etməliyəm ki, bir çox başqa xəstəliklər kimi, ginekoloji xəstəliklər də geniş yayılıb. Bu xəstəliklərin yaranmasında və inkişaf etməsində xanımların da təqsiri az deyil. Çox vaxt problemlər onların sağlamlarına qarşı laqeyd münasibətlərindən irəli gəlir.
– Buraya şəxsi gigiyena qaydalarına düzgün əməl etməməkdən, nizamsız cinsi həyat tərzi sürməkdən başlamış, həkimə vaxtında müraciət etməməyə kimi problemləri aid etmək olar. Heç kimə sirr deyil ki, ən yaxşı vasitə xəstəliyin qarşısını almaqdır. Yox əgər hər hansı patologiya yaranarsa, vaxtında müdaxilə ağırlaşmaların qarşısını alar və müalicə prosesi daha da asanlaşdırır.
Onu da deyim ki, bir çox xəstəliklər ginekoloji müayinə zamanı təsadüfən üzə çıxır və bəzən artıq ağırlaşmış formaya keçmiş olur. Ona görə də xanımlara məsləhət görərdim ki, şikayətləri olmasa belə, ildə ən azı bir dəfə ginekoloji müayinədən keçsinlər.
– Müxtəlif mənşəli ginekoloji xəstəliklərin siyahısı kifayət qədər uzundur və hesab edirəm ki, onların adlarını sadalamağa ehtiyac da yoxdur. Əsas odur ki, xanımlarımız istənilən xəstəliyin ağır fəsadlara yol aça biləcəyini başa düşsünlər.
– Burada söhbət hər hansı reproduktiv orqanın cərrahi yolla çıxarılmasından, sonsuzluq və hətta onkologiyadan gedir.
– 9 ay müddətində qadın orqanizmində bir çox mürkkəb proseslər gedir. Bu proseslərin qaydasında olması hormonal dəyişikliklərin, maddələr mümadiləsinin düzgün getməsindən, qadının psixo-emosional vəziyyətindən, ekoloji faktorlardan və bir sıra başqa amillərdən asılıdır. Təbii ki, bütün bunlara həkim nəzarət etməlidir. Lakin xanmlar bilməlidirlər ki, hamiləlikdən əvvəl onlar və həyat yoldaşları birlikdə mütləq check-up-dan keçməli, lazım gələrsə, hər iksi müalicə almalıdırlar. Çünki hansısa infeksion və ya yanaşı somatık xəstəliklər qüsurlu uşağın döğulmasına, ciddi hamiləlik patologiyalarına gətirib çıxara bilər.
– Təəssüf hissi ilə deməliyəm ki, bu problem gündən-günə daha da aktuallaşır. Düzdür, burada bəzən genetik faktorlar da öz sözünü deyir. Lakin bu problemin də əsasında çox vaxt xanımların öz sağlamlıqlarına diqqətsiz olmaları dayanır. Unutmaq olmaz ki, bugünki problem sabah kimisə övladsız qoya bilər.
Qadınların ana olmaq kimi müqəddəs missiyaları var. Lakin bu missiyanı uğurla başa çatdırmaq üçün onların üzərinə böyük məsuliyyət düşür. Əsrimiz kompüter əsridir – xəstəliklərin çoxusu sonadək öyrənilib. Müayinələr aparmaq üçün mükəmməl avadanlıqlar var. Lakin bəzən tibb insan laqeydliyi qarşısında aciz qalır. Xəstəliklər isə çox vaxt məhz elə insanların özlərinə qarşı etinasız münasibətindən inkişaf edir. Ona görə də, əziz xanımlar, sağlamlığınızı qoruyun, mütəxəssislərə vaxtlı-vaxtında müaraciət edin ki, gələcəkdə dünyaya sağlam övladlar gətirəsiniz. Hamınıza qadın xoşbəxtliyi arzu edirəm!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1