Язык:
Русский
Ayaq qoxusundan necə xilas olmalı?
06 сентября 2018 6816Ayaq qoxusu sosial həyata təsir edən problemlərdən biridir. Ayaq qoxusundan necə xilas etməli?
Evin içərisində corabla dolaşdığımız zaman, corab bakteriyaları yeridiyimiz hər yerə yayar. Bu səbəbdən corab və ayaqqabı geymədən dolaşsanız ayaqlarınızın iylənməsinin qarşısını ala bilərsiniz.
Corablarınızı tərsinə çevirərək yuyun. Bu zaman coraba köçmüş qoxu daha asan çıxar həm də ayaqlarınızın bakteriyaya yoluxma riskini azaldar.
Ayaqlarınıza dezodarantlar sıxın. Duş aldıqdan dərhal sonra ayaqlarınızı məhrəba ilə qurulayın. Beləliklə ayaqlarınızda göbələk yaranmayacaq. Qoxu riski də azalacaq.
Alma sirkəsi də əsas üsullardan biri sayılır. Kəskin qoxusu, ayaqlarınızda yaranan qoxuyu dərhal alacaq. Bunun üçün ehtiyacınız olan şey bir qab suya bir qapaq alma sirkəsi tökməkdir.
Ayaqqabılarınızı daim quru saxlayın. Bu da əsas faktorlar sırasındadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1