Язык:
Русский
Autoimmun tireoiditi xüsusi qoruyucu tədbirlər tələb etmir
18 мая 2018 9672Qalxanabənzər vəzi hormonları insan orqanizmində bir sıra vacib funksiyaları yerinə yetirir, vəzdə əmələ gələn xəstəliklər isə ciddi ağırlaşmalara səbəb ola bilər. Belə xəstəliklərdən biri də Haşimoto xəstəliyidir (autoimmun titreoidit). HekimTap-ın müxbiri endokrinoloq Ayşən Xəlilova ilə görüşüb və bu mövzuda ətraflı söhbət aparıb:
– Haşimoto xəstəliyi yaxud da autoimmun titreoiditi müalicəyə çətin tabe olan bir xəstəlikdir. Xəstəliyin adındakı “tireoidit” sözü onu göstərir ki, bu xəstəlik qalxanabənzər vəzini zədələyir. Daha dəqiq desəm, qalxanabənzər vəzi hüceyrələrinin – tireositlərin xroniki iltihabına və məhv olmasına gətirib çıxarır. Bütün digər autoimmun xəstəliklər kimi, Haşimoto sindromu da kompleks bir vəziyyətdir. Xəstəlik bütün immun sistemə sirayət edərək, onun işini pozur və insana ciddi ziyan vurur.
– Əvvəla onu deyim ki, “autoimmun tireoidit” və “xroniki autoimmun tireoidit ” heç də az rast gəlinən xəstəlik deyil. Təəssüf ki, son illər bu xəstəlik sürətlə “gəncləşməyə” başlayıb və tez-tez məktəbəqədər və məktəb yaşlı uşaqlarda da rast gəlinir. Uşaq yaşlarında Haşimoto sindromu daha sürətlə inkişaf edir, nəticədə isə böyüklərlə müqayisədə daha dağıdıcı olur.
Haşimoto xəstəliyinin ilkin yaranma səbəbi immun sistemin fəaliyyətindəki pozuntudur. Bütün autoimmun xəstəliklərdə olduğu kimi, burada da insanın immun sistemi öz hüceyrələrini tanımır və onları yad cisim kimi qəbul edərək, məhv etməyə çalışır.
Bundan başqa, hormonal preparatların və digər dərmanların qəbulu, həmçinin, ekoloji faktorlar risk daşıyıcılarıdır.
Xəstəliyi yarada biləcək səbəblərdən qida və ya suda bəzi kimyəvi elementlərin artıqlığını, günəş və ya radiasiya şüalanmasını, müasir həyat tərzini xüsusilə qeyd etmək lazımdır.
Haşimoto xəstəliyi irsi xarakter də daşıya bilər.
– Araşdırmalar göstərir ki, autoimmun tireoiditi qadınlarda kişilərə nisbətən 10 dəfə çox rast gəlinir. Bu da qadın endokrin sisteminin həddindən artıq yüklənməsi ilə izah olunur. Yəni qadınlarda bu sistemin işi cinsi sistemlə əlaqədar olaraq xətti deyil, tsiklik fəaliyyət göstərir. Həm də qadınların endokrin sistemi və qalxanabənzər vəzisi kişilərlə müqayisədə daha həssasdır.
Bundan başqa, hamiləlik və doğuş özü-özlüyündə hamiləlik sonrası tireoiditin( postpartum tireoidit) inkişafına şərait yarada bilər. Hamiləlk zamanı qadının immun ssitemi təbii olaraq zəifləyir, doğuşdan sonra isə birdən-birə aktivləşir və irsi meyillilik olan təqdirdə, Haşimoto xəstəliyi yarana bilər.
– Xəstəliyin əlamətləri mərhələli şəkildə üzə çıxır. Birinci mərhələ hormonal sistemin qəfildən aktivləşməsi ilə əlaqədardır. Bu proses insan orqanizmi qalxanabənzər vəzini zərbə altına alan antitellər ifraz edəndə baş verir. Belə vəziyyətdə qalxanabənzər vəzi təmamilə sağlamdır, lakin antitellərin dağıdıcı təsirindən o, qana aktiv şəkildə öz hormonlarını ifraz etməyə başlayır. Yəni tipik hipertireoz mənzərəsi-qalxanabənzər vəzi funksiyasının artması müşahidə edilir. Belə hallarda hərəki aktivliyin artması, ürək aritmiyası, dərinin göynəməsi və quruması qeydə alına bilər.
İkinci mərhələ - gizli mərhələdir. Bu proses bir neçə aydan başlamış, bir neçə ilədək davam edə bilər. Bir neçə ay davam edən hipertireozdan sonra qalxanabənzər vəzinin resursları tükənir və o, hiperaktiv rejimdə işləməkdən “yorulur”, eutireoz halına keçir, yəni hormonları normal şəkildə ifraz etməyə başlayır. Bu vəziyyətdə birinci mərhələnin əksinə olaraq, xəstə özünü əzgin, zəif hiss edir, tez yorulur. Vəzidə düyünlər və bərkimələr əmələ gələ bilər, onun ölçüsü böyüyə və ya kiçilə bilər, lakin bu mütləq deyil.
Autoimmun tireoiditinin üçüncü mərhələsində qalxanabənzər vəzi funksiyalarının zəifləməsi müşahidə edilir. Bu zaman xəstə keçib getməyən yorğunluq və yuxululuq hiss edir. Bu fazada libido və potensiya zəifləyir, menstrual tsikl pozulur. Uşaq yaşlarında bu faza həm fiziki, həm də əqli inkişafdan qalma ilə ifadə olunur. Bu mərhələ artıq hipotireoz mərhələsi adlanır.
– Buraya qalxanabənzər vəzinin ultrasəs müayinəsi, qalxanvari vəzi hormonlarının laborator müayinəsi, qalxanabənzər vəzinin zülal və reseptorlarına qarşı antitellərin müəyyən edilməsi aiddir.
– Xəstəliyin təhlükəsi onun ilkin mərhələlərdə çətin aşkara çıxarılmasıdır. Əsas təhlükə isə qalxanabənzər vəzi funksiyalarının sıradan çıxması, yəni hipotireozun yaranmasıdır. Qalxanabənzər vəzi bir sıra həyati vacib proseslərdə iştirak etdiyi üçün xroniki hipotireoz insan orqanizmi fəaliyyətinə çox ciddi ziyan vura bilər.
Haşimoto xəstəliyinin müalicəsi haqqında oxucularımıza məlumat verərdiniz.
Etiraf edim ki, konvension təbabətdə autoimmun tireoiditinin müalicəsi üçün vahid protokol mövcud deyil. Ümumi qəbul olunmuş strategiya isə bundan ibarətdir: əhvalın ciddi nəzarətdə saxlanılması, mütəmadi olaraq laborator və ultrasəs müayinələrin aparılması. Bundan başqa, pasiyentin vəziyyətindən və hormonların qandakı konsentrasiyasından asılı olaraq, həkim müvafiq strategiya seçir.
– Burada həyat tərzi ilə əlaqədar bəzi məsləhətlər yerinə düşərdi. Qeyd etməliyəm ki, hipotireozu olan pasientlərdə çəki itirilməsi həqiqətən çətin olur, çünki, xəstəliyin nəticəsində mübadilə zəifləyir. Məsləhət görərdim ki, belə xəstələr su və duz qəbulunu məhdudlaşdırsınlar, hipotireoz zamanı müvafiq tiroksin preparatı dozasını qəbul etsinlər, alkohol, siqaret, konservləşdirilmiş məhsullar, qazlı içəcəklər, tünd kofe və şirniyyatlar qəti əks-göstərişdir. .
Qida rasionundan yağlı yeməkləri, hisə verilmmiş məhsulları, şirniyyat növlərini çıxarmaq lazımdır. Onsuz da zəifləmiş mübadilə prosesləri nəticəsində bunlar artıq piy şəklində bədəndə yığılır.
Maddələr mübadiləsini sürətləndirəcək yükü tədricən artıran idman növləri ilə məşğul olmaq tövsiyə olunur.
Böyük doza yod, stress və aktiv günəşdən qorunmaq lazımdır.
Autoimmun tireoidit zamanı xüsusi qoruyucu tədbirlərə gərək yoxdur. Əsas endokrinoloqunuzla daim kontakda olmağınız, vaxtlı-vaxtında hormonal və ultrasəs müayinələrindən keçməyiniz lazımdır.
Müsahibə üçün təşəkkür edirəm.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1