Язык:
Русский
Artıq çəki süd vəzi xərçəngi riskini artırır
28 марта 2018 10494İnkişaf etmiş ölkələrdə son 20-30 ildə piylənmə xəstəliyi artıb. Süd vəzi xərçəngi də artıq piylənmə ilə eyni paralel olaraq artıb.
Çəki nə qədər çoxdursa xəstəlik riski də bir o qədər yüksəkdir.
Klimaksdan sonrakı dövrdə kök qadınlarda östrogen səviyyəsi normal kilolu qadınlara görə daha çoxdur.
Klimaks keçirən qadınlarda yumurtalıqlar fəaliyyətini itirir. Bu zamanda sözügedən maddənin çoxluğu süd vəzi xərçənginin inkişafında təsirlidir.
Artıq çəki həmçinin xərçəng diaqnozunu gecikdirir.
Aparılan araşdırmalar isə digər maraqlı nəticələri diqqətə çatdırıb.
Belə ki, piylənmə gedən qadınlarda süd vəzi xərçənginə yoluxmaq riski normal çəkili qadınlara görə, 1,8 qat daha yüksəkdir.
Həmçinin çəki nə qədər çoxdursa yarana biləcək şiş də bir o qədər böyük olar.
Pəhrizlərində yağ və şəkərləri azaldan, bol meyvə və tərəvəzdən istifadə edən qadınlarda süd vəzi xərçəngi riski azalır.
Bu xəstəliyə tutulan xəstələr də düzgün qidalanaraq həyatlarını uzada bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1