Язык:
Русский
Bir qrup alim maraqlı kəşf edib – onlar müəyyənləşdirib ki, ananasdakı xüsusi maddənin köməyi ilə yanıqlardan, hətta onun ən ağır formalarından belə yaxa qurtarmaq olar.
Mütəxəssislər aşkarlayıblar ki, ananas zoğunda insan dərisi üçün faydalı olan bromelayn komponenti var. Bu komponent yanmış dəri örtüyünün regenerasiyasına yaxşı təsir göstərir. O da qeyd olunur ki, həmin komponent hətta ağır yanıqlarda belə effektivliliyini itirmir. Adıçəkilən inqridiyentin müsbət təsirlərini aktivləşdirmək üçün onu kremə əlavə edib, bundan sonra dəriyə sürtmək lazımdır. Alınmış məhlulu yalnız xüsusi alət vasitəsilə çıxarırlar. Hazırda bu məhlul yalnız laborator şəraitdə yaradılıb, bu, o deməkdir ki, o hələ ki, kütləvi istehsal üçün nəzərdə tutulmayıb. Bununla belə, məlhəm kliniki sınaqlardan keçib və özünü doğruldub.
Qey olunur ki, bu krem dərinin sağalmasına yaxşı təsir göstərməsi ilə yanaşı, yanıqlar zamanı tez-tez baş verən qan zəhərlənməsi, ikincili iltihabi və infeksion proseslərin də qarşısını alır.
Bundan başqa, sözügedən maddənin istifadəsi dəri yanığından sonra əmələ gələn zədələnmələri minimuma endirir. Bu kəşfin daha bir müsbət tərəfi ondan ibarətdir ki, pasiyentlər həkim müdaxiləsindən qurtula biləcəklər, axı bu gün zədələnmiş dəri örtükləri yalnız cərrahi üsulla aradan qaldırılır, əməliyyatdan sonra isə nəzərə çarpan çapıqlar qalır. Hazırda bu vasitəni təkcə İzraildə əldə etmək olar, lakin mütəxəssislər onun bütün dünyada əlçatan olması üçün çalışırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1