Язык:
Русский
Ana südünü necə artırmalı?
25 августа 2018 11475Ana südünün az olması bir çox insanları narahat edən vəziyyətdir.
Bu barədə türkiyəli həkim Fevzi Özgönül, vacib tövsiyələr verib.
Həddindən çox unlu qidalardan istifadə, çay və qəhvənin həddindən çox istifadəsi süd artımına mənfi təsir göstərir.
Səhər yeməyi - bir ana mütləq şəkildə səhər yeməyi yeməlidir. Şirin içkilər və qidaların ana südünü artırdığı düşüncəsi var. Şirin içkilər və şirniyyatlar, sağlam qidaların sovrulmasının qarşısını aldığı üçün tam əksinə olaraq süd artımına mənfi təsir göstərir. Səhər yeməyində 1 ədəd quru əncir və ya 1 şirniyyat qaşığı bəhməz dəmir deposu üçün olduqca yaxşı seçimdir. 1 stəkan yeni sıxılmış meyvə suyu da içilə bilər. Bunların xaricində iştah və istək olduğu qədər pendir, yumurta, zeytun, yaşıllıq yeyilməlidir.
İstifadə edilən su miqdarını artırmaq lazımdır.
Günorta yeməyində isə bu məqamlara diqqət göstərmək lazımdır. Həzmi asan, faydası yüksək olan qazan yeməklərini, ətli tərəvəzli yeməklər, zeytun yağları yeyilməlidir. Tərkibində su miqdarı yüksək olan ispanaq, kahı, yaşıl lobya kimi tərəvəz yeməkləri seçilməlidir. Qızartma, unlu qidalar, çox yağlı yeməklər yeyilməməlidir.
Axşam yeməyində həzmi asanlaşdıran, yuxu keyfiyyətini pozmayan, qaz yaratmayan qidalar seçilməlidir. Çiy tərəvəzlər çox seçilməməlidir. Axşam sup ilə başlayıb, daha sonra az bişmiş tərəvəz yeməyi yeyilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1