Язык:
Русский
Hamilə qalmaq şansını azaldan faktorlar
14 марта 2018 11753Hər ailə uşaq sahibi olmaq istəyir.
Bu barədə türkiyəli ginekoloq Ebru Ünal məlumat verib. Həkimin sözlərinə görə hamilə qalmamağın səbəbinin həm kişi, həm də qadından qaynaqlana biləcəyini qeyd edib: “Əgər hamilə qalmaq istəyirsinizsə öncə sağlamlıq vəziyyətinizin yaxşı olub-olmadığını bilməlisiniz”.
– Artıq çəkidə olmaq – Vücudunuzda gərəkdiyindən çox yağın olması, orqanizmdəki ostrogen miqdarının artışına səbəb olur və hamilə qalmaq şansı azaldır.
– Çox arıq olmaq – Vücudda lazım olması vacib olan yağ miqdarının 100-də 10 qat daha az olması da hamiləliyin qarşısını alır.
– Hormonal problemlərin olması da bu nəticəyə gətirib çıxarır.
– Tiroid, şəkər xəstəliyi hamilə qalmaq şansını azaldır. Bu səbəbdən adı çəkilən xəstəlikdən əziyyət çəkənlər ilk olaraq müalicəyə diqqət verməlidirlər.
– Əgər hamilə qalmırsınızsa ilk olaraq tiroidinizi yoxladın.
– İstifadə etdiyiniz dərmanlara da diqqət edin. Antibiotiklər, antidepressantlar, ağrıkəsicilər sonsuzluğa səbəb ola bilər.
– İşlədiyiniz yerlərdə kimyəvi şüalanmağa məruz qalması, radiasiya hamiləliyin qarşısını alan faktorlar sırasındadır.
– Cinsi yolla yoluxan xəstəliklər də hamiləliyin qarşısını ala bilər. Bu baxımdan müayinəni ətraflı etməlisiniz.
– Həddindən artıq qəhvə içmək, spirtli içkilərdən istifadə, stress də uşaq sahibi olmaqda çətinlik yaradan faktorlardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1