Язык:
Русский
Mədə xəstələrinə tövsiyələr – Bu vərdişlərdən uzaq durun
09 марта 2018 12882Reflüks mədədə yaranan xəstəlikdir. Sinənin orta hissəsində yanma, ağızdan acı suyun gəlməsi əlamətlər sırasındadır. Adətən mədənin ətraflı müayinəsindən sonra bu diaqnoz qoyulur. Türkiyəli mütəxəssis qastreontoloq Ekrem Aslan reflüks xəstələri ilə bağlı məsləhətlər verib.
Onun sözlərinə görə, yeməklər tez-tez amma az-az yeyilməlidir:
- Lifli qidalardan istifadə məsləhətdir. Kafeinli içkilər, ədviyyatlı və duzlu qidalar, qazlı içkilər reflüks şikayətlərini artırır. Bu qidalardan istifadə zamanı diqqətli olunmalıdır.
- Yatmazdan öncə yemək ağrıların şiddətini artırır. Bu səbəbdən yatmazdan 3 saat öncə yeməyinizi bitirməlisiniz.
- Siqaret çəkmək, spirtli içkilər içmək ağrıları artırır. Bunlardan imtina reflüks xəstəliyinin təsirini azaldacaq.
- Bu xəstəlikdən əziyyət çəkən insanlarda yatağın baş hissəsi 15-20 sm qədər yüksəldilməlidir və sol yan üstdə yatılmalıdır. Bel üstə və sağ pozisiyada yatmaq reflüks ağrılarını artırır. Bunu araşdırmalar da sübut edib.
- Piylənmə, qarın nahiyəsində yağlanmada artım, artmış vücud yağ toplusu reflüks üçün risk faktorudur. Belə xəstələrin artıq çəkidən xilas olması mühümdür. Bu onlarda ağrıları effektli dərəcədə azaldacaqdır.
- Ağırlıq qaldırmaq kimi hərəkətlər bu xəstəlik üçün riskdir. Yüngül hərəkətlər isə şikayətləri azalda bilər.
- Dar paltarlar qarın içi təzyiqinin artışına səbəb olduğundan reflüks ağrılarını artırır. Ona görə, belə xəstələr dar geyimlərdən uzaq durmalıdırlar.
- Daha çox 50 yaşdan sonra ortaya çıxır. Belə xəstələr 5 ildən bir ətraflı mədə müayinəsi etdirməlidirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1