Язык:
Русский
Göz daşı nədir?
03 марта 2018 13561Bədəndə daşın yalnız böyrəkdə və ya öd kisəsində meydana gəldiyini sanmayın. Gözlərdə yaranan yanma, batma və ya qaşıntının səbəbi gözünüzdəki daş ola bilər.
Hər 10 nəfərdən birində görünən göz daşı, yuxusuzluq, siqaret və spirtli içkidən istifadə, kifayət qədər su içməməkdən yaranaraq inkişaf edir.
Türkiyəli oftalmoloq Fatih Atmacanın sözlərinə görə, göz daşı təmizlənmədiyində, göz toxumasında infeksiya yarana bilər. Təmizlənməyən daş eyni zamanda kornea xətlərinə də səbəb ola bilər.
İrəliləyən yaşlarda göz daşına daha çox rast gəlinir. Göz daşının tibb dilindəki adı konkresyondur.
Şəkər xəstələri, xronik göz infeksiyası olanlarda, quru gözə sahib olarlarda göz daşına rastlanır.
- Gözlərdə yanma;
- Batma;
- Qızarıqlıq;
- Qaşıntı;
- Göz içərisində yad cism hissi.
Xəstəliyin diaqnozu üçün ətraflı göz müayinəsi çox vacibdir. Müayinə əsasında göz qapaqlarının iç qismini detallı bir şəkildə kontrol etmək gərəklidir. Bunun üçün gözün iç qismlərinə baxılır. Aşkar edilən göz daşları hansısa əməliyyata ehtiyac olmadan xüsusi aparatura ilə gözlərdən təmizlənir.
Təmizləndikdən sonra uyğun damlalarla müalicə davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1