Язык:
Русский
Sarımsaq həqiqətən təzyiqi aşağı salır?
24 февраля 2018 23375Sarımsağın bir çox faydaları var. Son zamanlar isə ağıllarda yaranan sual sarımsağın təzyiqi aşağı salıb-salmamasıdır.
Antik dövrlərdən bu yana sarımsaq dərman niyyətinə istifadə edilir. Adətən təzyiq xəstələri sarımsaqdan daha çox istifadə edirlər.
Elm adamları sarımsaqdakı allicin maddəsinin qan təzyiqini aşağı saldığını bildiriblər. 2008-ci ildə xəstəliklər üzərində aparılan araşdırmada qan təzyiqi nə qədər yüksək olursa sarımsaq müalicəsindən sonra qan təzyiqində bir o qədər azalma olur.
Bununla yanaşı yüksək təzyiq müalicəsi zamanı sarımsaq tövsiyə edilməzdən öncə araşdırılması vacib olan məlumatlar var. Məsələn, sarımsağın təzyiqi uzunmüddətli aşağı salması barədə heç bir sübut yoxdur.
Qan təzyiqi dərmanları illərlə təsirli olmaya davam edir, ancaq, günümüzdə sarımsağın daha uzun bir müddət ərzində eyni təsirə sahib olub-olmayacağı barədə dəqiq məlumat yoxdur.
Həmçinin araşdırma zamanı sarımsağın təzyiqi aşağı salan xüsusiyyəti olsa da , infarkt və ya iflic kimi xəstəliklərin qarşısını almadığı təsdiq olunub.
Mryland universitetinin tibb mərkəzi, sarımsaq barədə açıqlama verib: “Əgər tədbir məqsədli istifadə edilərsə gündə 2 və ya 4 diş sarımsaq yeyilməlidir. Eyni zamanda araşdırmalar sarımsağı qovrulmuş vəziyyətdə yeməyi tövsiyə edir”.
Xarici mətbuatın yaydığı məlumata görə, sarımsaq xərçəng xəstəliklərini, ürək problemləri və təzyiq xəstəliklərinin qarşısını almağa yardım edir. Ancaq sarımsaq bəzi insanlarda mədə turşuluğu, şişkinliyi yaradır. Əgər dərman vasitəsi kimi istifadə ediləcəksə bu barədə mütəxəssisə müraciət edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1