Язык:
Русский
İstənilən adamın orqanizminin vitamin və minerallara ehtiyacı var. Hər hansı bir elementin çatışmazlığı bir qayda olaraq, müxtəlif xəstəliklərin inkişafına, vəziyyətin ümumi pisləşməsinə, immun sistemin zəifləməsinə gətirib çıxarır. Ona görə də alimlər belə qərara gəliblər ki, insan orqanizmi üçün daha çox zəruri olan elementi müəyyənləşdirsinlər.
Beləliklə, bir sıra nəzəri və praktik tədqiqatlardan sonra müəyyən edilmişdir ki, orqanizmdə maqnezium çatışmazlığı ürək-damar sistemi problemləri də daxil olmaqla, ciddi patoloji proseslərə səbəb ola bilər. Bu maddənin orqanizmdə normadan az olması infarkt, insult və kəskin ürək çatışmazlığı riski yaradır.
Alimlər qeyd edirlər ki, bu elementin təbii yolla, yəni qida və içkilər vasitəsilə əldə olunması çox çətindir. Ona görə də bu halda bioloji əlavələrdən istifadə etmək tövsiyə olunur. Lakin əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.
Kaliforniyalı tədqiqatçılar müəyyən ediblər ki, orqanizmi bu elementlə təkcə preoral yox, həmçinin xarici vasitə ilə, yəni dərinin köməyi ilə də zənginləşdirmək olar.
O ki qaldı qida məhsullarına, maqnezium daha çox qara şokolad, qurudulmuş meyvələrdə, avokado, göyərti, banan və balığın tərkibində var. Lakin bu, o demək deyil ki, qida rasionu yalnız həmin məhsullardan ibarət olmalıdır. Onların həddindən çox istifadə olunması bəzi patoloji proseslərin inkişafına gətirib çıxara bilər.
Maqneziumun orqanizmdə çatışmamasına bu əlamətlər işarə edir: tez-tez yaranan baş ağrıları, miqren tutmaları, həddindən artıq yorğunluq, səbəbsiz qıcıqlılıq. Bu simptomlar qeyd olunarsa, mütəxəssislər həkimə müraciət etməyi və qida rasionuna yenidən baxmağı tövsiyə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1