Язык:
Русский
Avstraliyalı alimlər irimiqyaslı bir təcrübəyə yekun vurublar. Burada akupuntura kimi alternativ müalicə üsulunun təcili yardım şöbəsi pasiyentlərinə təsiri öyrənilib.
Mütəxəssislər tərəfindən təsdiq olunmuşdur ki, iynəbatırma üsulu sağlamlıq üçün tamamilə təhlükəsizdir. Bundan başqa, məlum olub ki, bu terapiya üsulu ağrıkəsici vasitələr üçün əla alternativ sayılır.
Akupuntura ənənəvi çin təbabətinin bir istiqamətidir və orqanizmə xüsusi iynələr vasitəsilə fiziki təsir göstərməkdən ibarətdir.
Bu müalicə üsulunun müsbət təsirləri tədqiqatçılara çoxdan məlumdur, lakin onlar daha dərin araşdırmalar aparmağaı qərara alıblar və sübut etməyə çalışıblar ki, uzun müddət daxili orqanlara mənfi təsir göstərən dərman vasitələri qəbul etməyə heç də həmişə ehtiyac yoxdur.
Bu yeni təcrübədə miqren, bel, ayaq ağrısından şikayət edən 500-dən çox könüllü iştirak edib. Pasiyentlər üç qrupa bölünüblər. Birinci qrup iynəbatırma terapiyası qəbul edib, ikinci qrupdakı könüllülər həm akupuntura, həm də medikamentoz müalicə qəbul ediblər, üçüncü qrupdakı pasiyentlər yalnız dərman müalicəsi qəbul ediblər. Bir saat sonra qeyd olunub ki, müalicə taktikasından asılı olmayaraq, ağrı hissi intensivliyi cəmi 40% azalıb. Lakin 48 saat sonra könüllərin çox hissəsi vəziyyətlərinin yaxşılaşdığını bildiriblər. Diqqət çəkən məqam odur ki, birinci qrupdakı pasiyentlərin 83%-də, ikinci qrupdakı könüllülərin 80%-də, üçüncü qrupdakı pasiyentlərin isə 78%-də müsbət nəticələr müşahidə olunub.
Bu gün Avstraliyada artıq akupuntura ağrıkəsici vasitə kimi istifadə olunur, yalnız o halda ki, klinikada müvafiq mütəxəssislər olsun.
Gələcəkdə alimlər bu müalicənin yeni terapevtik imkanlarını açmağı planlaşdırırlar. Lakin bunun da bir çatışmayan cəhəti var – lazımi bilikləri olan mütəxəssislərin sayı çox məhduddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1