Язык:
Русский
Heyvan mənşəli qidalardan imtina etməyin xeyirli ya ziyanlı olması barədə alimlər arasında uzun müddətdir ki, mübahisələr gedir.
Amerikalı kardioloqlar iddia edirlər ki, vegetarian qidası ürək-damar sistemi üçün zərərlidir. Ümumiyyətlə, onlar vurğulayırlar ki, hər bir dietanın neqativ təsiri var.
Problem ondadır ki, vegetarianlar tez-tez tərkibində yüksək dozada şəkər olan dənli məhsullar qəbul edirlər ki, bu da ürək problemlərinin yaranma riskini bir neçə dəfə artırır.
Belə qənaətə gəlmək üçün bir neçə dietik rasion tədqiq olunub və bunun üçün 200 mindən çox adam müşahidə edilib.
Birinci rasion həm bitki, həm də heyvan mənşəli məhsullardan ibarət olub. İkinci menyuya dənli bitkilər, həmçinin çiy meyvə-tərəvəzlər daxil edilib. Üçüncü - vegetarian dietasına dənli bitkilər, kartof və şirniyyat aid olub.
Hər bir rasionun təsiri 20 il ərzində öyrənilib. Qeyd etmək lazımdır ki, təcrübə başlanmazdan əvvəl heç bir adamda onkologiya, insult və ya ürəyin işemik xəstəliyinə meyillilik qeydə alınmayıb.
Maraqlıdır ki, bu elmi araşdırma zamanı təqribən 9 min könüllüdə ürəyin işemik xəstəliyi diaqnozlaşdırılmışdır.
İkinci variant dietaya riayət edənlərdə ürək problemlərinə daha az rast gəlinib.
Birinci və üçüncü tip dietlara riayət edənlərdə ürək-damar sistemi xəstəliklərinə meyillilik yaranmışdır. Buradan alimlər belə bir nəticəyə gəliblər ki, heç də hər vegetarian dietası eyni dərəcədə faydalı deyil və yalnız heyvan mənşəli qidalardan imtina etmək ürək xəstəliklərindən qorunmaq üçün yetərli deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1