Язык:
Русский
Yuxusuzluq problemi təkcə yaşlı deyil, həm də gənc insanların problemidir. Sarsıntı dolu həyat, gərgin iş qrfaiki, düzgün olmayan qidalanma həm fiziki, həm də emosional sağlamlığa neqativ təsir göstərir. Bütün bunlar yuxunun pozulmasına gətirib çıxarır.
Amerikalı alimlər yuxusuzluq problemini dərmansız aradan qaldırmaq üçün vasitə kəşf ediblər. Bunu kəhrəbadan hazırlanmış linzaları olan eynək vasitəsilə etmək mümkündür.
Bu metodun üstünlüyü ondan ibarətdir ki, asılılıq yaradan və orqanizmin işinə mənfi təsir göstərən dərmanlara ehtiyac qalmır.
Yeni ixtira buna əsaslanır – insanlar kompüter və digər qadjetlər qarşısında çox vaxt keçirdiklərindən xeyli miqdarda mavi işıq görürlər (bunu istənilən displey şüalandırır).
Bu isə melatonin ifrazını aşağı salır. Sutkalıq ritmə və yuxunun keyfiyyətinə məhz elə bu hormon cavabdehdir.
Tədqiqatın praktik hissəsində 14 könüllü iştirak edib. Onlardan yarısı adi eynəkdən, digər yarısı isə kəhrəbalı linzadan hazırlanmış eynəkdən istifadə ediblər.
Təcrübənin nəticələri belə olub: alimlərin yeni ixtirasında istifadə edən könüllülər 30 dəqiqə artıq yatıblar. Bundan başqa, yuxunun keyfiyyəti və ümumi əhval-ruhiyyə də yaxşılaşıb.
Hazırda kliniki tədqiqatlar tam sona çatmadığından sözügedən eynəklərin satışa nə zaman çıxacağı məlum deyil.
Onu da qeyd etmək lazımdır ki, yuxusuzluqla mübarizədə bu metoddan istifadə olunması yalnız simptomatik xarakter daşıyır – problemi isə kompleks həll etmək lazımdır.
Ona görə yuxusuzluq simptomu yaranarsa, özünü müalicə aparmaq yox, həkimə müraciət etmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1