Язык:
Русский
Əməliyyatsız çənə estetikası
10 ноября 2018 20931Üzdə qırışların açılmasında istifadə olunan dolğu inyeksiyası çənənin formalaşdırılmasında da istifadə olunur. Çənəni həcmləndirmək üçün insanın öz bədənindən götürülmüş yağ hüceyrələrindən də istifadə olunur.
Dolğudan təkcə qırışlar və çənəyə həcm vermək üçün yox, eyni zamanda çənə kiçiltmək üçün də istifadə olunur. Doğru nöqtələrə inyeksiya olunması ilə iri olan çənə quruluşu kiçildilə bilir.
V çənə estetikası bir dəfə olan inyeksiya ilə ömürlük formanı saxlamaq mümkün olmur. İnyeksiyanın təsiri istifadə olunan preparatın sorulması ilə əlaqədar olaraq 1 və ya 2 il içərisində keçir və yenidən təkrarlanmağa ehtiyac yaranır.
Ancaq bu prosedur təcrübəli estetik cərrahlar tərəfindən üz cizgiləriniz nəzərə alınaraq icra olunmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1