Язык:
Русский
Əsəbi uşaq kimdir?
16 апреля 2020 9762Uşaqlarda gördükləri bir şeyə sahib olma istəyi çox təbiidir. Bu, böyüməsi və inkişaf etməsi üçün gərəkli olan təbii marağın nəticəsidir. Əksər uşaqlar öz istəklərini hər şeyin üstündə görürlər. Əslində isə uşağınız bir oyuncaq istərkən öz sərhədlərini və valideyn olaraq sizin nə qədərinə icazə verdiyinizi görmək istəyərlər. Əgər hər istəyini yerinə yetirsəniz bu zaman uşağınız daha da ərköyün olar və istəkləri sərhəd tanımaz. Növbəti dəfə istəyini etməsəniz əsəbləşəcək və qışqırmağa başlayacaq. Hədsiz ərköyün uşaq əsəbi uşaq qəbul edilir və bu da davranışlarını bilməyən bir uşaqdır.Bununla yanaşı hər uşağın müəyyən əsəbi dövrü vardır.
Bəs əsəbi uşaq kimdir?
Əsəbi uşaq başqalarına zərər verməyə çalışır, təpik atır, dişləyə bilir.
Bunu sözlərində də ifadə edər.
Bu cür uşaqlar qaydalara riayət etməz.
Xoşbəxt olmazlar.
İnsanlarla düzgün münasibət qura bilməzlər.
Mütəmadi olaraq mübahisə edər, cəzalandırılarlar ancaq bu vəziyyətdən narahat olmamağa başlayarlar.
Bəs belə hücumçu, əsəbilik davranışların səbəbi nə ola bilər?
Təbii səbəblər – Beyin zərinin iltihablanması kimi problemlər əsəbiliyə səbəb ola bilər. Bu səbəbdən belə bir vəziyyətdə dərman müalicəsinə ehtiyac ola bilər.
Uşağın toplanan enerjisini necə boşaldacığını bilməməsi – Əsəbiliyin əsas səbəblərindən biridir. Azyaşlı böyüdükcə enerjisi də artır. Enerjinin daşması nəticəsində istənilməyən davranışlar göstərə bilər. Enerjisi çox olan uşaqları idmana yönləndirmək, qumla oynamasına icazə vermək lazımdır. Əgər belə imkanınız yoxdursa qum torbası almağınızda fayda vardır. Bunlar uşağın enerjisini boşalda biləcəyi qaynaqlardır.
Belə əsəbi olmasına səbəb baxdığı cizgi filmlər ola bilər. Həmçinin Tv-də gördüyü şiddətli reklamlar, kinolar da ola bilər.
Uşağın şiddətə məruz qalması
Ailədaxili münaqişələr və s.
Bu kimi əlamətlər psixoloq, nevroloqla həll edilə bilər. Diqqət etmək lazımdır ki, əsəbilik halları nevroloji problemlərin əlamətləri ola bilər. Bu səbəbdən belə davranışlar uzunmüddət davam edərsə mütəxəssisə müraciət edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1