Язык:
Русский
Əllər nə üçün titrəyir?
21 апреля 2018 12053Gündəlik həyatın stresindən bir sıra nevroloji problemlər baş verə bilər. Fərqli səbəblərlə ortaya çıxa bilən əl titrəməsi yaşayışa mənfi təsir göstərir. Stress, həyəcan, kafein qəbulu, yorğunluq əl titrəməsini artırır. Həmçinin ciddi xəstəliklərin də əlaməti ola bilər.
Türkiyəli nevropotoloq Sevin Balkan əl titrəməsi və müalicəsi barədə məlumat verib.
Əllərdə istirahət zamanı və ya hərəkət əsnasında ortaya çıxan ritmik hərəkətlər, əl titrəməsi keçmiş həyəcan, əsəbin əlaməti ola bilər. Həmin şəxslər həyəcanlanan zaman titrəmələr daha da artır.
Zaman keçdikcə isə vücudun digər nahiyələrinə yayılır. Titrəmə dəqiqələr içərisində artaraq ayaqlar, baş, çənə, dil, səs kimi vücudun digər qismlərinə yayılır. Adətən bu hal 40 yaşdan sonra başlansa da bəzən gənc yaşda da müşahidə edilə bilər.
Parkinson xəstəliyi də əl titrəməsini yarada bilər.
Tək və ya ikitərəfli əl titrəməsi baş verə bilər.
Qan şəkərinin düşməsi də bu səbəbi yarada bilər.
Qanda şəkər düşən zaman da əl titrəməsinə rastlanıla bilər.
Adətən yeməkdən 2-3 saat sonra bunlar baş verir. Həmçinin enerjinin düşməsi, halsızlıq, baş ağrısı yaşayış keyfiyyətini aşağı salır. Bu tip xəstələr mütləq şəkildə endokrinoloqa müraciət etməlidir.
– Həddindən çox spirtli içkidən istifadə
– Epilepsiya
– Beyin xəstəlikləri
– Beyin damar xəstəliyi
– Bəzi dərmanlardan istifadə
– B12 vitamininin əksikliyi
– Vücuddakı sinirlərin funksiyalarını itirməsi zamanı titrəmələr müşahidə edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1