Язык:
Русский
Üzümün bilinməyən faydaları
02 апреля 2018 7596Hər mövsüm çox rahat tapa biləcəyiniz üzüm, quru üzüm və üzüm suyu vitamin deposudur. Tərkibində A, B1, C, D vitaminləri, kalsium, maqnezium, fosfor, potassium olan üzüm, xəstəliklər üçün təbii dərman olmağa davam edir.
Stresi azaldır – Yüksək dəmir sayəsində quru üzüm, enerji verir və yorğunluğun qarşısını alır. Bu sayədə gün ərzində yaşadığınız stress səviyyəsini azaldır.
Həzm sisteminin köməkçisidir – Qəbizliyin qarşısını alır, bağırsaq hərəkətlərinizi sürətləndirir.
Asidi tənzimləyir – Asid tərəzisini düzgün tənzimləmək revmatizm, böyrək problemləri, ürək xəstəlikləri üçün mühümdür. Quru üzüm, tərkibində olan bol miqdarda olan potasium və maqnezium sayəsində vücudunuzun asidini qoruyur. Çıxa biləcək problemlərin qarşısını alır.
Beyin gücünü artırır – Mütəmadi üzüm yemək Alzheimer xəstəliyinə səbəb olan sərbəst radikalların yaranmasını mümkün qədər ortadan qaldırır. Yaddaş zəifliyinin qarşısını alır.
Maddələr mübadiləsini tənzimləyir.
Erkən qocalmağın qarşısını alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1