Язык:
Русский
Ürəkgetmənin səbəbləri
24 августа 2020 14574Ürəkgetmə, bir çoxlarının başına gələn problemdir. Birdən çox səbəbi ola bilər. Bəzi anlarda isə səbəbi tapılmır.
Qan vasitəsilə beyinə kifayət qədər oksigen getmədiyi zaman ürəkgetmə baş verə bilər. Bu hal bir neçə dəqiqə və ya daha uzun çəkə bilər. Yaşlı insanlarda daha çox müşahidə edilir.
Bəs hansı hallarda daha çox baş verir?
Ayağa cəld qalxdıqda
Çox isti havada işləyən və ya oyun oynanılan zaman
Sürətli nəfəs alıb-verəndə
Hirslənəndə
Stresli hallarda
Yüksək təzyiq üçün dərman alındığı zaman
Öskürmə, sidiyə getmək beyinə gedən oksigen miqdarına təsir göstərə bilər və bu da ürəkgetmə halı yarana bilər.
Qan şəkərindəki dəyişikliklər də bu hala yol aça bilər. Bu vəziyyət şəkər xəstələrinin uzun müddət yemək yeməməsi hallarında inkişaf edə bilir.
Bu halın yaranacağını hiss etdiyiniz zaman nə etməlisiniz?
Yerə yatmaq kifayətdir. Əgər bunu etməsəniz oturub önə əyilməli və baş dizlərin arasına alınmalıdır. Beləliklə bu qanın beyinə getməsinə kömək olacaqdır. Ayağa qalxmamalısınız.
Bu hallarda mütləq həkimə müraciət edin:
Ürək döyüntülərində nizamsızlıq
Sinə ağrısı
Nəfəs darlığı
Əlamət olmadan anidən ürəkgetmə
Görmə bulanıqlığı
Danışmaqda çətinlik
Düşüncə çətinliyi
Ayda birdən çox bu halın yaşanması.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1