Язык:
Русский
Övrə xəstəliyi nədir?
16 августа 2020 29129Övrə dərinin allergik mənşəli xroniki xəstəliyidir. Allergik dermatitin bir növü hesab edilir. Bu zaman vücudda ağ-çəhrayı suluqlar əmələ gəlir. Dəridə qaşıntılı köpəşmələr ilə özünü göstərir.
Övrə simptomları eyni olan bir çox xəstləliklərin ümumi adı hesab olunur. Xəstəlik bir qayda olaraq, orqanizmin hər hansı maddəyə qarşı allergik reaksiyası fonunda meydana gəlir. Bu, uşaqlarda immun və endokrin sisteminin aktiv inkişafı ilə əlaqədar ola bilər.
Statistikaya görə, insanların 30% övrə əlamətləri ilə üzləşir. Adətən, xəstəlik bir neçə gün ərzində keçib gedir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər.
İstənilən yaş dövründə allergik övrə yarana bilər. Ancaq aparılan araşdırmalara görə, uşaqlar arasında daha çox müşahidə olunur. Suluqlar adətən, simmetrik, dairəvi və ya oval formada olur, bəzən hərarət yüksəlir, mayeyə tələbat artır, baş gicəllənməsi, zəiflik, oynaq ağrıları, dodaq, dilin və damağın şişməsi baş verir, tənəffüs və udma zəifləyir, ürək döyüntüsünün artması müşahidə edilir.
Diaqnoz klinik müayinə əsasında qoyulur. Ətraflı alınmış anamnez çox vaxt övrənin səbəbini anlamağa imkan verir.
Həkimlər övrəni simptomlarına görə bir neçə növə bölürlər: kəskin forma, xroniki residivedici forma və xroniki papulyoz dayanıqlı forma.
Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Xroniki övrə zamanı bir çox analizlərin verilməsinə ehtiyac olur.
Xəstəliyin yaranma səbəblərindən asılı olaraq, müalicəsi müxtəlif ola bilər. Belə ki, səpki autoimmun xəstəliklər (immunitetin qeyri-düzgün işləməməsi) sayəsində yaranıbsa, pasiyentə antihistamin preparatlar təyin edilə bilər.
Pasiyentə çoxlu alma, armud,qaynadılmış ət, kəsmik, bitki yağları və digər qida məhsulları qəbul etmək tövsiyə olunur.
Suluqların yerinə müxtəlif mazlar tövsiyə edilir.
Düzgün qərarı və müalicə növünü isə həkim təyin edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1