Язык:
Русский
Çürüyən insanlar
17 декабря 2018 8583Elə xəstəliklər var ki, insanın həyatına qəfil son qoyur. Amma bir çox patologiyalar adamı belə deyək, zülm edə-də o dünyaya aparır. Məsələn, onkoloji xəstəliklər, şəkərli diabetin ağırlaşmış formaları, dağınıq skleroz və başqaları.
Bu sıradan, lakin daha dəhşətli olan xəstəliklərdən biri də cüzamdır.
Cüzam xəstəliyini dəri qatına düşən və onu sıradan çıxaran bakteriya yaradır.
Cüzam sözün əsl mənasında insanı çürüdür. O, bir qayda olaraq, əvvəlcə insanın üzünə, əllərinə, ayaqlarına və cinsiyyət orqanlarına ziyan vurur.
Adam bütün ətraflarından məhrum olmasa da, əl və ayaq baramaqlarını tamamilə itirə bilər. Əksər hallarda cüzam burun nahiyəsinə ağır zədə vurur - burun çürüyərək qopur və yerində dəhşətli yarıq qalır.
Cüzam xəstələrinə qarşı olan münasibət də insanı dəhşətə gətirir. Çünki bütün dövrlərdə onlar cəmiyyətdən təcrid olunmuş və xüsusi qəsəbələrdə saxlanmışlar.
Belə qəsəbələrdən biri də Bakıdadır. Bu, Qaradağ rayonunda yerləşən “Umbakıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1