Туран Алигейдарова

Психолог

4 лет опыта работы

Uşaqlarda özünə inam əskikliyi və aşırı inam
 hekimtap.az

Uşaqlarda özünə inam əskikliyi və aşırı inam

Автор: Psixoloq Turan Əliheydərova
5950

Опубликовано: 20.08.2018
Туран Алигейдарова

İnsanın həyatda uğurlu olmasına, obyektiv amillərdən başqa, özünə inamın da böyük rolu var ki, bu da məktəbəqədər yaş dövründə ətraf mühitin və ən əsas da, valideynlərin təsiri nəticəsində formalaşır. Özünü dəyərləndirmə – şəxsiyyətin öz imkanlarını, keyfiyyət və digər insanlar arasında mövqeyini dəyərləndirmək deməkdir.  

Ailədə sağlam atmosferin hökm sürməsi, uşağı başa düşmək və səmimi qəlbdən onun hisslərini bölüşmək, onu psixoloji cəhətdən müdafiə etmək uşaqda pozitiv adekvat üzünə inamı formalaşdıran amillərdir.  

Aşırı özünə inam olan uşaqlar hesab edirlər ki, həqiqət həmişə onların tərəfindədir. Belə uşaqlar digər uşaqların zəifliyindən istifadə edərək onları idarə etməyə can atır və bununla yanaşı öz çatışmazlıqlarını görmür, başqalarına təkəbbürlə baxır, hər yolla özünə diqqət cəlb etməyə çalışır. Özünə inamı aşırı uşaqlardan tez-tez “Mən hamıdan yaxşıyam” ifadəsini eşitmək olur. Uşaqlarda özünə inamın artıqlığı onları aqressiv edir, belə uşaqlar digərilərinin nailiyyətlərini aşağılamağa çalışırlar.

Uşaqda özünə inamın əskikliyi onun narahat olmasına, öz imkanlarına güvənməməsinə səbəb olur. Belə uşaq daim düşünür ki, onu aldadadac, incidəcək, qiymətləndirməyəcəklər. O, tənhalığa can atır, incik və qətiyyətsiz olur. Özünə inamı əskik olan uşaqlar yeni fəaliyyət növlərindən imtina edir, düşünürlər ki, bunun öhdəsindən gəlməyəcəklər. Bundan başqa, onlar digər uşaqların nailiyyətlərini öz imkanlarını aşağılayaraq, daha yüksək dəyərləndirirlər.    

Özünə inamın əskikliyi şəxsiyyətin tam formalaşmasına əngəl yaradır.

Belə uşaqlarda özlərinə “Mən pisəm”, “Mən heç nə bacarmıram”, “Mən uğursuzam” kimi fikrlər formalaşır.

Özünən inam adekvat olduqda uşaq ətrafında səmimilik, məsuliyyət, rəhmdillik və məhəbbət yaradır. O, hiss edir ki, onu dəyərləndirir və hörmət edirlər. Uşaq özünə inanır, bununla belə, yardım da istəyə bilir, öz işində səhfləri etiraf edir. O, özünə dəyər verdiyindən başqalarını da dəyərləndirməyi bacarır.

Lakin valideynlər yuxarıda qeyd olunan xüsusiyyətlərə müvafiq uşağı düzgün tərifləməyi və cəzalandırmağı bacarmalıdırlar.

Məsələn, hər hansı hərəkətinə görə uşaq vaxtında təriflənməzsə, onda qətiyyətsizlik hissi yarana bilər və ya kiçik bir səhvə görə şiddətli cəzaya məruz qalarsa, “sına” bilər.

Ya da övladınızı düşər-düşməz tərifləsəniz bu, aşırı özünə inama səbəb ola bilər.

Ona görə də düzgün tərifləməyi və yeri gələrsə, cəzalandırmağı   da bacarmaq lazımdır.

Mütəxəssislər hesab edirlər ki, uşaqları aşağıdakı hallarda tərifləmək lazım deyil:

  1. Öz əməyi sayəsində əldə olunmayan şeylərə görə - fiziki, əqli və ya mənəvi.
  2. Gözəllik, sağlamlıq, eləcə də təbii bacarıqlara görə.
  3. Oyunacaq, əşyalar, geyim və təsadüfi tapıntılara görə.
  4. Əgər uşağa yazığınız gələrsə bunu tərif ilə kompensasiya etməyin.

Hansı hallarda tərifləmək tövsiyə olunur?

  1. Yadda saxlayın ki, hər bir uşağın özünə görə istedadı var və valideynin borcu bu istedadı aşkara çıxarararaq onu inkişaf etdirməkdir. Uşağın gələcəkdə dahi olmayacağını dilinizə gətirməyin. Əksinə, onu inkişaf etdirib, izah edin ki, potensialı böyük nailiyyətrlər əldə etməyə çatır.
  2. Nailiyyətlərinə görə onu mütləq tərifləyin. Məsələn, məktəbdə aldığı yaxşı qiymətlər, yarışda göstərdiyi yüksək nəticələr, çəkdiyi gözəl rəsmlərə və s. görə.
  3. Çalışın tez-tez müəyyən ifadələr işlədin ki, özünə inamı artsın. Məsələn, “Sən bunu bacaracaqsan!”, “Sən artıq bunu etmisən – lap aza qalıb!”, “Sən hər şeyin öhdəsindən gələcəksən!” və s.

Uşaqları necə cəzalandırmalı?

  1. Cəza uşağın sağlamlığına zərər gətirməli deyil – nə fiziki nə də psixoloji.
  2. Əgər cəzalandırmaqla bağlı tərəddüdünüz varsa – cəzalandırmayın.
  3. Bir dəfəyə – yalnız bir cəza. Cəza ciddi ola bilər, lakin bütün səhvlərə görə bir dəfə.
  4. Məhəbbətlə cəzalandırma – Nə olursa, olsun övladınızı valideyn sevgisindən məhrum etməyin.  
  5. Gecikmiş cəzadansa cəza verməsəniz yaxşıdır. Necə deyərlər, “Arxadan atılan daş topuğa dəyər”.
  6.  Cəzalandınsa – bağışlandın. Əgər uşaq bağışlandığını hiss etməsə, daim özünü günahkar hiss edəcək.
  7. Uşağı alçatmayın. Belə olan halda o hesab edir ki, siz ədalətsizsiniz və cəza əks-təsir göstərə bilər.

Əgər övladlarınızda özünə inam əskikliyi və ya özünə inamın aşırılığını müşashidə edərsinizsə, mütləq uşaq psixoloquna müraciət edin.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Туран Алигейдарова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса