Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Стоматолог

15 лет опыта работы

Баку
KLASSİK VƏ BAZAL İMPLANTASİYA
 hekimtap.az

KLASSİK VƏ BAZAL İMPLANTASİYA

Автор: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
9477

Опубликовано: 01.08.2020
Rauf Məmmədov

 İmplantasiya nədir?

İmplantasiya - diş implantlarının itirilmiş dişlərin əvəzinə quraşdırılaraq diş sırasının bərpasına deyilir. 

Müasir dövrdə iki əsas implantasiya texnologiyası mövcuddur: klassik və bazal. 


Klassik implantasiya nədir?

Klassik implantasiya bütün dünyada geniş yayılmış və sınaqdan keçirilmiş etibarlı implantasiya metodudur. Bu zaman titan implant cərrahi üsul ilə çənənin yumşaq sümük toxumasına daxil edilir. Prosedur iki mərhələdə həyata keçirildiyindən ikimərhələli və ya ikifazalı implantasiya adlanır. Birinci və ikinci mərhələlər arasında adətən 2 aydan 4 ayadək fasilə olur. Birinci mərhələdə çənə sümüyünə metal implant əkilir. Bu prosedurdan sonra bir müddət tələb olunur ki, implant sümük toxuması ilə birləşsin. Bir neçə aydan sonra - ikinci mərhələdə protezləmə və daimi qapaqların quraşdırılması həyata keçirilir. 

 Klassik texnologiya implantları sümüyün yumşaq nahiyələrinə quraşdırmağa imkan verir. İmplantasiyanı uğurla başa vurmaq üçün sümük toxumasının həcminin kifayət qədər olması vacibdir. Sümük toxuması çatışmayan təqdirdə, mümkün olarsa, onu artırırlar. Klassik implantlar həm şaquli, həm də bucaq altında fiksə edilə bilir. Onların ən üstün cəhəti isə bundan ibarətdir ki, ortopedik konstruksiaysı yaxşı olduğu halda, ömrünün sonuna kimi sahibinə xidmət edir.  

Lakin elə hallar da olur ki, diş sırasının tam bərpası üçün klassik implantasiya münasib sayılmır. Bu zaman mütəxəssislər başqa bir üsula - birmərhələli bazal implantasiyaya müraciət edirlər.

 
Bazal implantasiya nədir?

Bazal implantasiya zamanı implant daha dərinə - sümüyün bazal qatına əkilir. Bazal implantlar hər çənənin tipinə müvafiq planlaşdırılır. Bu implantasiya metoduna, adətən, əlavə cərrahi müdaxilədən qaçmaq üçün müraciət edilir. Bazal implantların iki növü mövcuddur: tam bazal və kompressiv. Bunlardan kompressiv implantlar daha üstün hesab edilir. Belə ki, kompressiv implantasiya zamanı həm əlavə sümük toxumasına ehtiyac qalmır, həm də osteointeqrasiya prosesi gedir. Tam bazal implantasiyada isə bu, müşahidə edilmir, səbəb - implantın bikortikal, yəni iki sərt sümüyə bağlanmasıdır.  

Bazal kompressiv implantasiya zamanı dişi əməliyyat günü pasiyentə vermək mümkündür. Cərrahi müdaxilədən sonra reabilitasiya müddətinin qısa olması da bu implantasiya metodunun üstünlüklərindəndir . 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az  


Rauf Məmmədov

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса