On dörd elmi məqalənin müəllifidir.
Finlandiya, Sloveniya, Rusiya, Türkiyə, Portuqaliyada keçirilmiş beynəlxalq elmi konfranslarda, təlimlərdə iştirak edib.
2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Psixologiya fakultəsində təhsil alıb.
2008-2010-cu illərdə Bakı Dövlət Universitetində Psixologiya üzrə magistr təhsili alıb.
2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Psixologiya üzrə doktorantı olub.
2010-cu ildən etibarən Bakı Dövlət Universitetində Psixologiya fənni üzrə müəllim kimi çalışır.
2010-2013-cü illərdə Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Psixologiya və Konsultasiya Mərkəzi, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi, Memoria Center-də psixoloq kimi fəaliyyət göstərib.
2011-2013-cü illərdə Azərbaycan Universitetində Psixologiya fənni üzrə müəllim kimi çalışıb.
2012-2014-cü illərdə Turizm İnstitutunda Psixologiya fənni üzrə müəllim kimi çalışıb.
2013-cü ildən MediStyle Psixonevroloji Mərkəzində Psixoloq kimi fəaliyyət göstərir.
Ekspert-təlimçi qismində bir sıra dövlət və özəl müəssisələrlə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, UNİCEF) əməkdaşlıq çərçivəsində müxtəlif tədqiqat və layihələrdə iştirak edib.