8 iyun 1969-cu ildə Lerik rayonu, Blaband kəndində anadan olub.
1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Bu müddət ərzində 20-dən artıq elmi məqalənin və 1 metodik tövsiyyənin müəllifidir.
1976-1986-cı illərdə Lerik rayonu Blaband kənd orta məktəbində təhsil alıb.
1989-cu ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Ι Müalicə-profilaktika fakultəsinə daxil olmuş və 1995-ci ildə həmin fakultəni “Müalicə işi” ixtisası üzrə yüksək müvəffəqiyyətlə bitirib, həkim ixtisasına yiyələnib.
1995-1996-cı illər ərzində A.T.Abbasov adına şəhər onkoloji dispanserində “cərrah” ixtisası üzrə internatura kursunu bitirib.
2000-ci ildə müsabiqə yolu ilə akademik M.A.Topçubaşov adına ETKTİ-nun “Cərrahiyə” ixtisası üzrə aspiranturasına daxil olub.
Endokrin vəzilərin cərrahi xəstəliklərinə dair, xüsusən böyrəküstü vəzilər üzərində elmi tədqiqat işləri aparıb.
2004-cü ildə “Böyrəküstü vəzi mənşəli arterial hipertenziyaların kompleks diaqnostikasının və cərrahi müalicəsinin uzaq nəticələrinin yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1996-2000-ci illərdə Sabunçu rayonu,12№-li şəhər poliklinikasında cərrah-onkoloq vəzifəsində işləyib.
2003-cü ildən 2010-cu ilə qədər həmin institutun endokrin cərrahlığı şöbəsində elmi işçi vəzifəsində çalışıb.
2011-ci ildə müsabiqə yolu ilə endokrin cərrahlığı şöbəsinin müdiri vəzifəsinə seçilib.