Nigar Musayeva hekimtap.az

Nigar Musayeva

Офтальмолог

10 лет опыта работы

Hamiləlik və miopiya
 hekimtap.az

Hamiləlik və miopiya

Автор: Oftalmoloq Nigar Musayeva
4245

Опубликовано: 10.08.2018
Nigar Musayeva

Miopiya – refraksiya pozuntusu olub, şüaların görmə obyektindən gözün torlu qişasında deyil, onun qarşısında fokuslaşması ilə xarakterizə olunan xəstəlikdir. Patologiya kifayət qədər geniş yayılıb, dünya əhalisinin 30%-nə həmçinin, hamilə qadınlara xətər yetirir.

Hamiləlik zamanı miopiyanın simptomları

Uzaqdan görmənin birmənalı və ən ifadə olunmuş əlaməti uzaqda yerləşən əşyalara baxarkən, onların aydın görünməməsidir. Əgər qadın xəstəliyindən xəbərdardırsa, deməli onun hamiləlik boyu müşahidə ediləcək xarekterik simtomlarını da bilir.

Lakin elə hallara da rast gəlinir ki, onların ilkin əlamətləri hamiləlik dövründə müşahidə edilmir.

Aşağıdakı əlamətlərə diqqət yetirmək və onları düzgün diaqnozlaşdırmaq lazımdır:

  • Gözlər önündə sayrışma;
  • İşartıların əmələ gəlməsi;
  • Görünən əşyaların bulanıq rəng alması və onların formalarının yayılması;
  • Gözlərin tez yorulması;
  • Görmə sahəsinin daralması ilə əlaqədar əşyaların düşməsi;
  • Gözlərdə diskomfort hissinin yaranması;
  • Başda, alın nahiyəsində və göz yuvalarında ağrıların əmələ gəlməsi.

Hamiləlik zamanı qadının bütün sistem və orqanlarında dəyişikliklər baş verdiyindən, görmə problemi olmasa belə, oftalmoloqun müayinəsindən keçmək vacibdir.

Hamiləlik zamanı miopiyanın yaranma səbəbəbləri

Xəstəliyin inkişafının əsas səbəbi onun irsi olaraq valideynlərdən uşaqlara ötürülməsidir. Bundan başqa, miopiya müxtəlif faktorlar səbəbindən qazanılmış da ola bilər. Buraya uzunmüddətli yüklənmələrin gözlərə neqtiv təsiri, tez-tez müxtəlif xəstəliklərin keçirilməsi, kəllə-beyin travmalarını və s. aid etmək olar.

Lakin hamiləlik zamanı miopiyanın inkişafı üçün əlavə risklər yaranır. Onlar aşağıdakılarla əlaqədardır:

Hamiləlik zamanı, xüsusən də üçüncü trimestrdə, toxumaların elastikliyi artır, ona görə də əvvəllər aşağı dərəcəsi aşağı olan miopiya daha ciddi problemlərə səbəb ola bilər.

Qadın toksikozlardan əziyyət çəkərsə, yaxındangörmə əhəmiyyətli dərəcədə dərinləşə, görmə isə 5 dioptriya aşağı düşə bilər. Buna səbəb su üçün büllur kapsulun keçiriciliyinin artması, onun şişməsi və əyilməsidir ki, bu da sındırıcı xüsusiyyətin güclənməsinə gətirib çıxarır.

Miopiya dərəcələrinin hamiləliyə təsiri

Əgər qadında miopiyanın inkişaf etməyən birinci dərəcəsi diaqnozlaşdırılarsa, bu, doğuş üsuluna heç bir təsir göstərmir. Əgər başqa əksgöstərişlər olmazsa, doğuş təbii yolla həyata keçirilə bilər.

“İnkişaf etməyən orta dərəcəli miopiya” diaqnozu da qadının adi qaydada uşaq dünyaya gətirməsinə maneə törətmir.

Əgər əvvəllər miopiyanın yuxarı dərəcəsində yalnız Keysəriyyə əməliyyatı tətbiq olunurdusa, müasir dövrdə bu aktuallığını itirib. Məlum olub ki, doğuş zamanı gözün torlu qişasına qansızma və onun qopması təkcə yaxındangörmədən əziyyət çəkən qadınlarda yox, istənilən sağlam qadında da baş verə bilər.

Bundan başqa, sübut olunub ki, bu cür ağırlaşma riskinin miopiya ilə heç bil əlaqəsi yoxdur. Ona görə hətta yüksək dərəcəli miopiyası olan qadınlar görmələrində problem yaranmadan dünyaya uşaq gətirə bilərlər. Buna baxmayaraq, əvvəlcə gözün torlu qişasında dəyişiklikləri aşkara çıxamaq məqsədilə müəyyən müayinələrdən keçmək lazımdır. 

 Əgər qadında yaxındangörmənin 3-cü dərəcəsi müəyyən olunarsa, lakin torlu qişanın distrofik ağırlaşması yoxdursa və ya ilkin mərhələdədirsə, uşaq təbii doğuş yolları ilə dünyaya gəlir, lakin burada perineotomiya göstərişdir.

Söhbət torlu qişanın ifadə olunmuş distrofiyalı  ağırlaşması ilə müşayiət edilən yuxarı dərəcəli miopiyadan gedərsə, bu zaman həkim-oftalmoloqun və ginekoloqun tövsiyələrini nəzərə almaq, gələcək ananın çanaq ölçüləri və dölün çəkisini dəyərləndirmək, doğuş üsulunu məhz bundan sonra seçmək lazımdır.   

Hamiləlik zamanı miopiyanın müalicəsi

Hamiləlik zamanı miopiyanın ən təhlükəsiz müalicə metodu torlu qişanın lazer koaqulyasiyasıdır. Bunun köməkliyi ilə o bir növ bərkidilir və yapışdırılır. Bu proses gələcəkdə torlu qişanın qopması və distrofiyasının qarşısını alır. Lazerkoaqulasiyanı hamiləliyin 34-35 həftəsinə qədər etmək mümkündür.

 Daha bir müalicə üsulu görmənin korreksiyasıdır. Bu zaman hamiləlik periodunda həm linzalardan, gəm də eynəklərdən istifadə edilir.  

Görmə ilə bağlı heç bir şikayət olmasa belə, oftalmoloqun müayinəsindən keçmək vacibdir. Oftalmoloji müayinə 10-14 həftə civarında aparılır. Əgər miopiya qeydə alınmazsa, oftalmoloqun qəbuluna bir daha – doğuşdan bir ay əvvəl gəlmək lazımdır. Beləliklə, ağırlaşmaların qarşısını almaq və uşağı dünyaya təbii yolla gətirmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Nigar Musayeva

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса