Nigar Musayeva hekimtap.az

Nigar Musayeva

Офтальмолог

10 лет опыта работы

Diabetik retinopatiya
 hekimtap.az

Diabetik retinopatiya

Автор: Oftalmoloq Nigar Musayeva
4732

Опубликовано: 16.07.2018
Nigar Musayeva

Diabetik retinopatiya nədir?

Çoxunuz şəkərli diabet haqqında kifayət qədər məlumatlısınız. Bu məqaləmdə söhbət adıçəkilən xəstəliyin ağırlaşmalarından biri olan  diabetik retinopatiyadan gedəcək.

Bildiyiniz kimi, şəkərli diabet fonunda yaranan insulin çatışmazlığı qanda izafi şəkərin qalmasına səbəb olur. Bu da öz növbəsində piy mübadiləsinin pozulmasına, qanda xolesterin toplanmasına, damarların tıxaclaşmasına gətirib çıxarır. Nəticədə toxumalardakı qan dövranı zəifləyir və tamamilə dayanır.  

Şəkərli diabet daha çox ürəyi, gözləri, görmə aparatını, ayaq damarları və böyrəkləri zədələyir.

 Diabetik retinopatiya şəkərli diabetin ən geniş yayılmış ağırlaşmalarından hesab olunur və  görmənin tamamilə itirilməsi səbəbləri sırasında birinci yeri tutur.

Diabetik retinopatiya, adətən, insan şəkərə tutulduqdan 5-10 il sonra inkişaf etməyə başlayır. I tip şəkərli diabetdə (inisulindənasılı) retinopstiya daha ifadə olunmuş şəkildə inkişaf edir və tezliklə proliferativ diabetik retinopatiya əmələ gəlir.

II tip şəkərli diabetdə (inisulindən asılı olmayan) dəyişikliklər, əsasən, torlu qişanın  mərkəzi zonasında baş verir – diabetik makulopatiya yaranır, bu da mərkəzi görmənin aşağı düşməsinə səbəb olur.

Demək olar ki, 50% hallarda diabetik retinopatiya diaqnozlaşdırılmır və əksər hallarda müəyyən ağırlaşmalardan sonra üzə çıxır. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, I tip şəkərdən əziyyət çəkən pasiyentlər (xəstəlik müddəti 10-15 il) arasında diabetik retinopatiya 80-90% hallarda inkişaf edir.

Dibatik retinopatiyanın yaranma səbələri

Şəkərli diabet zamanı qan damarlarında müəyyən dəyişikliklər baş verir ki, bu da torlu qişa damarlarının oksigenlə təminatının pozulmasına gətirib çıxarır. Görmə sisteminin məhz bu cür vəziyyəti diabetik retinopatiyanın inkişafına şərait yaradır. Diabetik retinopatiya tədricən inkişaf edir və onun bəzi mərhələrini xəstə hiss etməyə bilər.

Diabetik retinopatiyanın əlamətləri

  • Görmənin dumanlanması;
  • Torlu qişa və şüşəyəbənzər cismə qansızma;
  • Görmənin zəifləməsi (bu simptom bir qayda olaraq, retinopatiyanın dərinləşmiş formalarında özünü göstərir).

Diabetik retinopatiyanın diaqnostikası

“Diabetik retinopatiya” diaqnozunu təsdiq və ya inkar etmək üçün görmə sisteminin əsaslı müayinəsi tələb olunur. Bunun üçün əvvəlcə anamnez toplanır:

Xəstələrdən görmənin zəifləməsinə dair məlumatlar alınır, yanaşı xəstəliklər, şəkərli diabetin davametmə müddəti öyrənilir.  

Ofatalmoloji müayinəyə aiddir:

  • Vizometriya (korreksiyasız, korreksiyalı);
  • Gözün ön şöbəsinin biomikroskopiyası;
  • Gözdaxili təzyiqin müəyyən olunması;
  • Qonioskopiya;

Diabetik retinopatiyanın müalicəsi

Diabetik retinopatiyanın müalicə metodunun seçilməsi xəstəliyin mərhələsindən çox asılıdır. Müasir dövrdə ən effektli və etibarlı metodlardan biri torlu qişanın lazerokoaqulyasıyası hesab olunur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Nigar Musayeva

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса