Назмин  Мусаева hekimtap.az

Назмин Мусаева

Пластический хирург

10 лет опыта работы

Баку
Lipofilling (yağ inyeksiyası) hekimtap.az

Lipofilling (yağ inyeksiyası)

Автор: Plastik Estetik Cərrah Nəzmin Musayeva
4719

Опубликовано: 27.09.2018
Назмин Мусаева

                                                                              Lipofilling (yağ inyeksiyası) 

 

Yağ inyeksiyası dəridə meydana gəlmiş çökəklikləri  aradan qaldırmaq üçün istifadə olunur. Yanaq və dodaqlarda daha dolğun bir görünüş əldə edilir, dərin qırışların da altını doldurmaq mümkündür.

Yağ inyeksiyası nədir?

Bədənin müəyyən nahiyyəsindən  alınmış yağların, bədənin digər nahiyyəsinə tətbiq  edilməsidir.

Yağ inyeksiyası qalıcıdırmı?

Əməliyyatdan 1 gün sonra şişkinlik  görünə bilər. Zaman içərisində bu şişkinlik azalar və tədbiq  edilən piy toxuması  40% -ə qədər qalıcı olur.

Yağ inyeksiyası hansı nahiyyələrə tətbiq edilir?

Qadınlarda bu əməliyyatı dodaqları qalınlaşdırmaq, ağız kənarındakı şaquli qırışları aradan qaldırmaq üçün, almacıq sümüklərin üstünü dolgunlaşdırıb yeni  bir görünüş əldə etmək üçün, bəzən də alt çənə nahiyyəsini dolgunlaşdırmak üçün istifadə olunur.

Yağ inyeksiyasından  sonra nələrə diqqət edilməlidir?

Yağ inyeksiyası etdirmiş olan pasiyentlar qısa bir müddət üçün həyat tempini yavaşlatmaq və fəaliyyətlərini bir az azaltmaları məsləhətdir. Sosial və iş həyatına dərhal geri qayıtsalarda bəzi hallarda, alınan və tədbiq  edilən yağ miqdarına görə  ümumi anesteziya  tətbiqi həkim tərəfindən təklif edilə bilər.Yüngül qızartı və bənövşəyiliklər qısa müddətdə azalar və bu müddətdə korset(sıxıcı bandajlar) istifadə edilə bilər.

Yağ inyeksiyasından sonra  nə kimi problemlərlə qarşılaşa bilərəm?

Hər əməliyyat və ya prosedur sonunda olduğu kimi bədənin fərqli reaksiya vermə ehtimalı mövcuddur. Təcrübəli bir həkim ilə fəsadlar minimum səviyyəsinə endirilir,ancaq bədənin anatomik quruluşu fərqlilik göstərə bilər. Alınan yağ insanın öz  yağı olduğu üçün allergiya riski daşımır.


Назмин Мусаева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса