Назмин  Мусаева hekimtap.az

Назмин Мусаева

Пластический хирург

10 лет опыта работы

Баку
Abdominoplastika
 hekimtap.az

Abdominoplastika

Автор: Plastik-estetik cərrah Nəzmin Musayeva
4380

Опубликовано: 25.09.2018
Назмин Мусаева

Qarın gərmə əməliyyatı qarın nahiyyəsində narahatlıq verən sallanmaların götürülməsi ilə həyata keçirilir. Qadınların doğum sonrası ya da həddindən artıq çəki vermədən sonra əvvəlki  halına qayıtmayan və sallanan qarın dərisi çıxarılır.
Qarın gərmə əməliyyatlarında orta və alt qarının dərisi yağ toxuması ilə və sallanmış olan qisim ilə birlikdə çıxarılır. Əgər boşalmış və yanlara doğru açılmış əzələlər (diastazı) varsa, tikiş (plikasiya) vasitəsi ilə gərginləşdirilir. Bu şəkildə qarında mövcud şiş görüntü də aradan qaldırılmış olur.

Qarın gərmə əməliyyatı sonrasında çapıq (yara izi) qalırmı?

Dəri əməliyyat zamanı yuxarıdan aşağı çəkildiyi üçün bikini bölgəsində qalan üfüqi istiqamətdə bir çapıq (yara izi) qalır.

Qarın gərmə əməliyyatı doğum çatlaqlarını aradan qaldıra bilərlərmi?

Qarın dərisi yuxarıdan aşağı doğru çəkildiyi üçün göbək xəttinin altında qalan doğum çatlaqlıqları tamamilə götürülə bilir.

Qarın gərmə əməliyyatına ən uyğun namizəd kimlərdir?

Bədən ağırlıq dağılımına görə normala yaxın, edilən idman və pəhrizlərə baxmayaraq qarında qalan yağ və dəri artıqlıqlarından narahat olan kəslər uyğun namizəddir. Bir neçə doğumdan sonra qarın dərisində boşalma və sallanma meydana gəlir və dəri elastikliyini itirərsə qarın gərmə əməliyyatı tövsiyə edilir.

Qarın gərmə əməliyyatı sonrası hamilə qalmaq olarmı?

Bu əməliyyat boşalmış və sallanan dərinin çəkilməsi ilə həyata keçirilir və bu səbəbdən hamilə qalmaq məsləhət görülmür. Təkrar uşaq sahibi olmaq istəyən qadınlar qarın gərmə əməliyyatı qərarı vermədən əvvəl həkiminə bu mövzunu açması məsləhətdir.

Qarın gərmə əməliyyatı sonrası necə bir nəticə gözlənilməlidir?

Əməliyyat sonrası fiziki görünüş bir neçə gün içində dəyişməyə başlayacaq. Bədənin şişi yatdıqdan sonra yeni bədən xəttləri ortaya çıxacaq və nəticəni böyük sevinclə görülmüş olacaq.

Qarın gərmə əməliyyatının fəsadları varmı?

Təcrübəli bir həkim ilə daha yaxşı nəticələr alına bilər, ancaq hər əməliyyatda olduğu kimi fəsad meydana gəlməsi mümkündür. İnfeksiya və qanaxma kimi nadir problemlər ilə qarşılaşmaq olar. Siqaret çəkmək yara izinin sürətli yaxşılaşmasına maneə törətdiyi üçün siqaret çəkilməməsi tövsiyə edilir.

Pasientə hansı anesteziya tətbiq olunmalıdır?

Əməliyyat çətinlik dərəcəsinə görə 3-4 saat davam edə bilər. Əməliyyata başlamazdan əvvəl xəstəyə yüngül bir yuxu gətirici və sonra ümumi anesteziya tətbiq olunur.

Qarın gərmə əməliyyatı sonrası müddət nədir?

Əməliyyat sonrası qarında bir neçə gün şiş, ağrı və gərginlik hiss edilə bilər. Həkiminiz buna qarşı ağrıkəsici tövsiyə edə bilər. Pasient erkən dövrlərdə gəzməsi üçün qaldırılır. Tikişlərin çoxu gizli tikiş olduğu üçün alınmasına ehtiyac yoxdur. Sarğılar dəyişdirildikdən sonra pasientə korset geyindirilir. Korset 1-1,5 ay geyinilməsi tövsiyə edilir.

Qarın gərmə əməliyyatı sonrası nə zaman normal həyata başlamaq olar?

Əməliyyat olan pasientlərin bəziləri 2 həftə kimi bir müddət sonra işinə başlaya bilir. Yaxşılaşmanın tamamlanması bir neçə həftə çəkə bilər. Qarın bölgəsində olan tikiş izləri diqqətə çarpan bir tündləşmədən sonra solmağa başlayır və daha az bilinir. Həkim kontrolu ilə qarın əzələlərini işlədəcək yüngül məşq tövsiyə edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az 


Назмин Мусаева

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса