Нигяр Гусейнова hekimtap.az

Нигяр Гусейнова

Хирург-проктолог

20 лет опыта работы

Баку

О враче

Həkim - ümumi cərrah, cərrah-qastroenteroloq, cərrah-proktoloq kimi fəaliyyət göstərir. 
Müxtəlif vaxtlarda Azərbaycanda, xaricdə (Rusiya, Türkiyə, Almaniya) cərrah, qastroenteroloq, proktoloqlar üçün keçirilmiş konqreslərin və elmi konfransların iştirakçısı olub.
Elmi işin adı: "Açıq və endoskopik xolesistektomiyadan sonraki uzaq nəticələr".

Образование

1991-1998-ci illərdə Rusiya Federasiyası, N. N. Burdenko adına Voronej Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsində təhsil alıb. Cərrahi xəstəliklər üzrə ordinatura keçib, ümumi cərrahiyyə üzrə mütəxəssis olub.
2009-2010-cu illər - Türkiyə, Ankara şəhəri İbn-Sina Dövlət Universitet Klinikası - Ümumi Cərrahiyyə və Endoskopiya şöbəsi - laparoskopik cərrah, qastroenteroloq, proktoloq, endoskopist ixtisaslarına yiyələnib.

Выполняемые процедуры

1. Mədə-bağırsaq traktı xəstəliklərinin diaqnostika və müalicəsi:
 - Mədə və 12 barmaq bağırsaq xəstəlikləri: ezofagit, qastrit, duodenit, xora xəstəliyi, mədə-bağırsaq qanaxması və s.
 - Qaraciyər, öd yolları, mədəaltı vəzin xəstəlikləri: öd daşı xəstəliyi, öd yollarının polipləri, mexaniki sarılıq, qaraciyərin sirrozu, pankreatit və s.
 - Nazik və yoğun bağırsaq xəstəlikləri: appendisit, divertikulyoz,  Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit, yoğun bağırsağın polipləri və s.
 - Düz bağırsağın xəstəlikləri: babasil, anal çat, düz bağırsağın papilloması, paraproktit, rektosele və s.

2. Qarın yırtıqları.

3. Ambulator cərrahiyyə: panarisiy, furunkul, dırnağın ətə girməsi, abses, ateroma, lipoma, hidradenit və s.

Опыт работы

1998-2009-cu illər - Bakı şəhərində dövlət və özəl tibb mərkəzlərində ( Mərkəzi Klinik Xəstəxana, Uni-Klinika, Xətai Estetik Klinika, Vital Klinika, El Med Klinikası) cərrah- qastroenteroloq, cərrah-proktoloq, təcili və təxirəsalınmaz tibbi yardım həkimi kimi çalışıb.
2006-cı ildən Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi - həkim-cərrah, laparoskopik cərrah, qastroenteroloq, cərrah-proktoloq kimi çalışır.

Нигяр Гусейнова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса