Айнур  Хашимова hekimtap.az

Айнур Хашимова

Физиотерапевт

13 лет опыта работы

Баку
Fibromialgiya
 hekimtap.az

Fibromialgiya

Автор: Fizioterapevt Aynurə Haşımova
4142

Опубликовано: 30.05.2018
Айнур Хашимова

Fibromialgiya nədir?

Fibromialgiya sümük-əzələ sistemində yayılan ağrılar, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xroniki ağrı sindromudur.

Fibroz-toxuma, myo-əzələ, alqos-ağrı deməkdir. Bu xəstəlik zamanı bel, boyun, çiyinlər, ətraflarda yayılan ağrılar olur. Xüsusilə səhərlər narahatlıq daha çox olur. Fibromialgiya yuxu pozğunluğu, revmatizma xəstələrində daha çox təsadüf edilir. Tədqiqatlar göstərir ki, genetik faktorlar da fibromialgiyanın əmələ gəlməsində mühüm rol oynayır. Gərgin iş rejmi olan, kompyuter arxasında çox işləyən, diş həkimləri, jurnalislər, memarlar bu xəstəlikdən daha çox əziyyət çəkirlər. Hər yaşda və hər bir fərddə bu xəstəliyə rast gəlinir. Ən çox orta yaşlı qadınlarda rast gəlinir. Bu da ki, qadınların tez-tez hormonal dəyişikliklərə məruz qalması ilə əlaqədardır.

Fibromialgiyanın simptomları

Fibromialgiyanın simptomları aşağıdakılardır:
– Yandırıcı, sızlayıcı irradiasiya edən ağrılar;
– Yuxu pozğunluğu – xəstənin tez-tez yuxudan oyanması və oyanıq yatması;
– Əhval-ruhiyyənin tez-tez dəyişməsi;
– Daimi yorğunluq hissi;
– Müvazinətin itirilməsi;
– Psixosamatik simtomlar – mədə-bagırsağın pozulması, tez-tez sidiyə getmə, ginekoloji problemlər;
– Ödəmə meyillilik;
– Depresiya;
– Ümumi keyləşmə hissi;
– Əsəbilik;
– Gərginlik;
– Baş, boyun, bel ağrıları;
– Ağrıların 3 aydan artıq olması.

Fibromialgiyanın səbəbləri

Fibromialgiyanın səbəbləri hələ tam öyrənilməyib. Müxtəlif səbəbləri var. Əsas səbəbi beynin ağrı siqnallarını fərqli şəkildə qəbul etməsidir. Burda da xarici və daxili faktorların, xəstənin keçmişdə keçirdiyi xəstəliklər, revmatik xəstəliklərin  rolu vardır. Xarici faktorlara hava dəyişiklikləri, müxtəlif rahatsızlıqlar və s. Aiddir. Daxili faktorlara stress faktoru, xəstənin həssas və mükəmməlliyyətçi olması, genetik faktorlar və s. Aiddir

Fibromialgiyanın diaqnozu

Fibromialgiyalı xəstələr vizual müayinə olunur. Diaqnozu çətinliklə qoyulur. Çox vaxt bel, boyun ağrıları, xroniki yorğunluq sindromu, depresiya, hipotireodit, yuxu pozğunluqları və s. xəstəliklərlə səhv salmaq olar.

Xəstənin şikayətləri diqqətlə dinlənməli anamnez toplanmalıdır, labarator analizlərə göndərilməlidir. Revmatik və yanaşı xəstəliklər yoxlanılmalıdır. Fibromialgiyanın diaqnozunun qoyulmasında ağrı nöqtələrinin yoxlanılması vacibdir. 18 ağrı nöqtəsindən 11-də ağrı aşkarlanarsa bu fibromialgiyadır. Fibromialgiyanın diaqnozunda xəstəliyin əlamətlərinin və şikayətlərin 3 ay davam etməsi şərtdir.

Fizioterapevtik müalicə

Fibromialgiyalarda fizioterapevtik müalicənin məqsədi ağrının irradiasiya edən zonalarda analgetik və spazmolitik təsir göstərmək, əzələdə yaranan gərginliyi götürməkdir.

Fizioterapevtik olaraq xəstəyə aşağıdakı prosedurlar təyin olunur:
 – Elekrtoterapiya – tens, UZT, interferansterapiya;
 – İstilik;
 – Massaj;
 – Müalicəvi idman;
 – Yerli inyeksiyalar – ağrı nöqtələrinə;
 – Ozonterapiya;
 – Proloterapiya;
 – PRP – trombositlə zəngin plazma;
 – Manual terapiya.

Fibromialgiyanın profilaktikası

Fibromialgiyalı xəstələr sağlamlığına çox vaxt ayırmalı, tez-tez istirahət etməlidirlər. Fibromialgiyadan qorunmaq olar.

Buna görə aşağıdakı şərtləri yerinə yetirmək vacibdir:
 – Yüngül və sağlam qidalanmalı
 – Hava şəraitinə uygun geyinməli
 – Havası ağır olan gərginlik yaradan yerlərdən uzaq durmalı
 – Həftədə bir neçə gün idmanla məşğul olmalı (təmiz havada gəzinti, yoqa, plates, üzgüçülük)
 – Yatmazdan əvvəl çay, kofe, kola kimi içkilərdən uzaq durmaq
 – Fifromialgiyanın əsas səbəblərindən birinin yuxu pozğunluğu olduğundan yuxu rejiminə xüsusi diqqət olunmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Айнур Хашимова

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса