Сафар Рзаев hekimtap.az

Сафар Рзаев,Эксперт

Невролог

Эксперт

6 лет опыта работы

Баку
Parkinson xəstəliyi
 hekimtap.az

Parkinson xəstəliyi

Автор: Səfər Rzayev
9514

Опубликовано: 09.10.2017
Сафар Рзаев

65-dən artıq yaşı olan 100 insandan 1-i Parkinson xəstəsidir. Parkinson xəstəliyinin əlamətləri gizli bir şəkildə başlaya bilər, hətta səbəbi tapılamayan depresiya ve çiyin ağrısı ilə belə ortaya çıxabilər. Bir əl və ya ayağınızda titrəmə var və yaxud da bu titrəmə digər əl və ayağa nəzərən daha artıqdırsa 90% parkinson xəstəsisiniz. Parkinson xəstəliyinin müalicə prinsipi və müalicəyə cavabı xəstənin hansı yaşda olmasına xəstəliyin səbəbinə və hansı mərhələdə olmasına bağlıdır. Müalicədə istəfadə oluna biləcək DBS (beyinə elektrod yerləşdirmə) hər parkinson  xəstəsi üçün göstəriş deyil.

Parkinson xəstəliyi

Parkinson xəstəliyi orta beyində xüsusi sinir hüceyrələrinin funksiyasının pozulmasına bağlı olaraq, hərəkətlərdə yavaşlama və donma, çox vaxt əllərdə müşahidə olunan titrəmə, əzələlərdə tonus artması, müvazinət problemləri ilə və eyni zamanda hərəki olmayan əlamətlər olaraq adlandırdığımız yuxu problemləri, psixoloji və bağırsaq problemləri və digər sistemlərə aid problemlərlə  özünü göstərən bir xəstəlikdir.

Xəstəliyin dəqiq səbəbi bilinməməklə birlikdə, tədqiqatlarda genetik fakorlara, ekoloji və daxili toksiki maddələrin təsirinə bağlı çox səbəbli olduğu qənaitinə gəlinmişdir. Tədqiqatlarda xəstəliyin yayılma sıxlığı və rast gəlmə tezliyi fərqli coğrafiyada yaşayan insanlarda fərqli nəticələr çıxsa da, ümumi rast gəlmə tezliyi 4.5-19/100 000, ümumi yayılma genişliyi 150/100 000-dir, yəni təxmini min insandan biri parkinson xəstəsidir.

Xəstəlik çox vaxt 45-70 yaş arasında ortaya çıxır ama daha gənc və daha yaşlı insanlarda da ortaya çıxa bilər. 4 xəstədən 3-də xəstəlik 60 yaşından sonra ortaya çıxır və 65-dən artıq yaşı olan 100 insandan 1-i parkinson xəstəsidir.

Parkinson xəstəliyi başlanğıcda özünü nəcə göstərə bilər?

Parkinson xəstəliyinin əlamətləri gizli bir şəkildə başlaya bilər, zamanla klinik əlamətlər həyat fəaliyyətinə mənfi təsir göstərəcək səviyyəyə qədər artar. Xəstələk ilk başda tez yorulma, halsızlıq hətta səbəbi tapılamayan depresya ve çiyin ağrısı ilə belə özünü göstərə bilər.

Parkinson xəstələyini cəmiyyət içində necə tanıya bilərik?

Cəmiyətimizdə parkinson xəstələyinin yaxşı tanınmamasının səbəbi  bu xəstəliyin daha çox 60 yaş üstündə özünü göstərməsinə bağlı olaraq normal yaşlanmayla əlaqələndirilməsidir.

Parkinson xəstəliyini cəmiyyət içində asan tanıya bilməyimiz üçün müəyyən klinik əlamətlər vardır:
 - Əgər bir insanda istrahət vaxtı çox vaxt əllərdə müşahidə olunan titrəmə varsa;
 - Günlük həyatında fəaliyyətində (ev və işdə) istədiyi hərəkəti edərkən hərəkətlərdə yavaşlama varsa;
 - Yeriyərkən başı və kürəyi önə əyilmiş şəkildə yavaş və qısa addımlarla yeriyirsə;
 - Yeriyərkən bir tərəf qolu hərəkətin tempində iştirak etmirsə;
 - Bəzən sanki ayaqları ani bir şəkildə donmuş kimi hərəkəti dayandırırsa;
 - Yeriməyə başladığında müvazinətini tuta bilməyib önə doğru sürətli yeriyən sərxoş adamlar kimi hərəkət edirsə;
 - Tez-tez yıxılırsa.

Bu xəstələrdə parkinson xəstəliyindən şübhələnilməlidir.
Bir əl və ya ayağınızda titrəmə var və yaxud da bu titrəmə digər əl və ayağa nəzərən daha artıqdırsa (asimetrik istirahət tremoru) 90 % parkinson xəstəliyidir.

Parkinson xəstəliyi - Hekim Tap

Xəstəlik necə müalicə olunur? 

Parkinson xəstəliyinin müalicə prinsipi və müalicəyə cavabı xəstənin hansı yaşda olmasına xəstəliyin səbəbinə və hansı mərhələdə olmasına bağlıdır. Belə ki, müalicədə konservativ müalicə (darman müalicəsi), aktiv həyat tərzi (gündəlik 2 km yerimək misal olabilər), DBS (beyinə elektrod yerləşdirmə) və bu müalicələrin kombinasyasından istifadə oluna bilər.

Xəstəlik təbiyyəti gərəyi xronik proqressiv bir xəstəlik olduğundan, müəyyən vaxta müalicə başlanan xəstənin zaman keçdikcə klinik vəziyətinə uyğun olaraq müalicəsi gözdən keçirilməlidir. Müalicədə istifadə oluna biləcək DBS (beyinə elektrod yerləşdirmə) hər parkinson xəstəsi üçün göstəriş deyil.

Xəstəliyin başlanğıc mərhələsində müalicə alınmalıdırmı?

Klinik tədqiqatlar nəticəsində xəstələyin əlamtləri həyat fəaliyyətinə ciddi təsir etməyəcək səviyyədə olsa belə, xəstəliyin proqnozu nöqteyi nəzərindən müalicə edilməsi lazım olduğu qənaitinə gəlinmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Сафар Рзаев,Эксперт

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса