Гульнар Гасанзаде,Врач высшей категории

Детский невролог

Врач высшей категории

10 лет опыта работы

Баку
Uşaqlarda enkoprez xəstəliyi
 hekimtap.az

Uşaqlarda enkoprez xəstəliyi

Автор: Nevroloq
12394

Опубликовано: 19.06.2018
Гульнар Гасанзаде

Uşaqlarda enkoprez xəstəliyi – ümumi məlumat

Uşaqlarda enkoprez – defekasiya aktı kontrolunun pozuntusu ilə xarakterizə olunan xəstəlikdir. Əsas simtomu nəcisin saxlanıla bilməməsi hesab olunur.

Uşaqlarda enkoprez qəbizliklə müşayiət edilə bilər, bəzən uşaqların davranışında pozuntular qeydə alınır ki, bu da artıq psixi pozuntulara dəlalət edir.

Diaqnoz klinik simtomlar və anamnez əsasında qoyulur, psixoloq və ya psixiatrın iştirakı ilə kompleks terapiya aparılır.

Uşaqlarda enkoprez bir sıra somatik, nevroloji və psixoloji xəstəliklər fonunda yaranır, özünü simptom və ya müstəqil formada büruzə verir.

Rəsmi statistikaya görə, nəcisin saxlanmaması probleminə uşaqların 1-5%-də rast gəlinir, lakin valideynlər heç də həmişə mütəxəssisə müraciət etmirlər. Xəstəlik daha çox 5-8 yaşlı uşaqlar arasında yayılıb, oğlanlar bu problemdən qızlarla müqayisədə 2-5 dəfə çox əziyyət çəkirlər.

Təqribən 1/3 hallarda enkoprez gecə enurezi ilə birgə baş verir.

Uşaqlarda enkoprezin yaranma səbəbləri

Xəstəliyin təbiəti polimorfdur. Bir qayda olaraq, bu, uşaqda defekasiya aktı tənzimlənməsi sistemində müəyyən çatışmazlıqla əlaqədardır. Özü də bu çatışmazlıq sistemi təşkil edən bəndlərin istənilən birində müşahidə edilə bilər.   Bu cür uşaqların anamnezində adətən,bətndaxili hipoksiya, doğuş zamanı ağırlaşmalar, doğuş travmaları, habelə bətndaxili infeksiyaya yoluxma qeyd olunur.

Araşdırmalara görə, sosial baxımdan əlverişsiz ailələrdə böyüyən uşaqlar enkoprezdən daha çox əziyyət çəkirlər.

Anatomik-fizioloji strukturdakı qeyri-yetişkənlik yoğun bağırsaqda da müşahidə olunur. Burada söhbət təkcə düz bağırsaqdan deyil, həmçinin, nəcis kütlələrinin yaranmasında rolu olan mədə-bağırsaq traktının yuxarı şöbələrindən (qaraciyər, öd kisəsi və mədəaltı vəzi) gedir.

Bundan başqa, yuxarıda sadalananlara xarici qıcıqlandırıcı faktorları da əlavə etmək lazımdır.

Buraya ailədə baş verən konfliktləri, “uşaq-ana” münasibətlərinin pozulması, tərbiyə tədbirlərindəki qüsurlar və s. aiddir.    

Nəcis saxlanmamasına səbəb kimi müxtəlif somatik patologiyaları da göstərmək olar. Bu, xroniki qəbizlik yaradan xəstəliklər ola bilər ki, onlar da öz növbəsində bağırsaq hissiyatının aşağı düşməsinə və onun qeyri-iradi boşalmasına gətirib çıxarır. 

Uşaqlarda enkoprezin müalicəsi

Kompleks şəkildə aparılan terapiya ilk növbədə, uşaq üçün əlverişli psixoloji şəraitin yaradılmasına yönəldilir. Bu, enkoprezin yaranma səbəbindən asılı olmayaraq, müalicənin ən vacib şərtlərindəndir.

Bundan sonra valideynlərlə psixoloji söhbət aparılır.

Gündəlik rejimin, həmçinin, uşağın səhər defekasiyasına alışdırılması vacibdir.

Xroniki qəbizlik hallarında tərəvəzlərlə zəngin qarın yumşaldıcı dietalar təyin edilir, nişasta mənbəyi olan məhsullar, məsələn, makaron, düyü və s. məhdudlaşdırılır. Fiziki yüklənməni tədricən artırmaq şərtilə səhər gimnastikası çox faydalıdır.

Pediatr tərəfindən təmizləyici imalələrin təyin edilməsi vacibdir, xüsusən də qəbizlik hallarında. Çünki qəbizlik uşaqlarda enkoprez yaradan səbəblərdən biridir.    

İmalələr, həmçinin, məşq xarakterli ola bilər. Bu zaman 400-500 ml maye (adətən çobanyastığı dəmləməsi) bağırsaqlara daxil edilir və pasiyentə bu mayeni müəyyən vaxt saxlamaq tövsiyə olunur.

Müalicənin vacib elementlərindən biri də enkoprezin fizioterapiyasıdır. Burada məqsəd çanaq və qarın əzələlərini məşq etdirməkdir.                     

Bundan başqa, elektrostimulyasiyadan, sfinkterin məşqindən istifadə olunur ki, uşaq bu proseduru müəyyən müddət keçməlidir.

Medikamentoz müalicə məqsədilə neyrometaboliklər təyin olunur, bağırsağın disbakterioz müalicəsi aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az


Гульнар Гасанзаде,Врач высшей категории

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса